Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirus Trampın biznesinə 1 milyard zərər vurub

Tramp koronavirusa görə 1 milyard dollar itirib..

Koronavirus pandemiyasının iqtisadi zərəri ABŞ Prezidenti Donald Trampın biznesinə də təsir edib.

APA-nın xəbərinə görə bu barədə "Forbes" jurnalı məqalə dərc edib.

Məqalədə bildirilib ki, D. Trampa məxsus olan aktivlərin ümumi dəyəri mart ayı ərzində təxminən 1 milyard dollar azalaraq 3,1 milyard dollardan 2,1 milyard dollara düşüb.

Bunun səbəbi D. Trampa məxsus əmlakının dəyərinin azalması ilə bağlıdır.

Nəşr qeyd edir ki, şirkətlərin səhm qiymətləri indi sürətlə dəyişir və bu ABŞ liderinin vəziyyətinə də təsir edəcək.

Nəşrin bildirdiyinə görə, D. Trampın ən dəyərli əmlaklarından biri Nyu-Yorkun mərkəzində ofislər üçün icarəyə verilə daşınmaz əmlaklardır.

COVID-19-un yayılması ilə əlaqədar hazırda ABŞ-ın ən böyük meqapolisinin sakinlərinə evdən çıxmamaq əmr olunub. Bu səbəbdən şəhərdə işgüzar aktivlik xeyli azalıb. "Forbes"in hesablamalarına görə, nəticədə ABŞ Prezidentinə məxsus əmlakın dəyəri təqribən 1,9 milyard dollardan 1,2 milyard dollara düşüb.

Məqalədə qeyd olunur ki, ABŞ administrasiyasının rəhbəri ölkə daxilində təxminən 500-ə qədər yaşayış obyektinə sahibdir. Nəşrin məlumatına görə, bu obyektlərin ümumi dəyəri martın 1-dən 18-dək təxminən 235 milyon dollardan 148 milyon dollara qədər azalıb. Bundan əlavə, ABŞ liderinə məxsus otellər, kurortlar və qolf sahələri də ucuzlaşıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Tramp Forbes


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - Yenilənib

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

loading...

Ən çox oxunanalar