Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusdan sonrakı dünya çoxmu dəyişəcək?

Pandemiyanın böyük siyasətə və geosiyasətə təsirləri barədə nə demək olar? Dünyanın yenidən bölüşdürülməsi mümkündürmü?..

Politoloq: “Düşünmürəm ki, biz koronavirus bəlasın atlayandan sonra dünya tamamilə yeni epoxaya qədəm qoyacaq”.

“Hesab edirəm ki, laboratoriyada inzibati qaydada sınaqdan çıxarılmış bu testlər hazırda dünya əhalisi arasında yoxlanılmaqdadır. Məqsəd isə artıq əsrlərdir planetə rəhbərlik edən ailələrin öz şəxsi ambitsiyalarına çatmasıdır”.

Bu sözləri “Politoloqlar Klubu”nun rəhbəri Zaur Məmmədov koronavirusun hansısa güclər və dövlətlər tərəfindən laborator şəkildə hazırlandığının, yayılmasının təşkil olunduğu iddialarını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar koronavirus pandemiyasından sonra yeni dünya düzənin qurulacağı, hətta dünyanın yenidən bölüşdürüləcəyi ilə bağlı fikirlər, komploteoriyalar səsləndirilməkdədir.­ Üstəlik virusun hansısa güclər və dövlətlər tərəfindən laborator şəkildə hazırlandığının, yayılmasının təşkil olunduğu iddiaları ortaya atılır. Qeyd edək ki, bu barədə artıq kifayət 1ədər məlumatlar və komploteoriyalar yayınlqnçaqdaır. Xüsusən koronavirusun Uxandakı laboratoriyada hazırlanması barədə iddialar ortaya atılmaqdadır. Digər bir iddia isə koronavirusun ABŞ tərəfində hazırlandığı və qlobal humanitar və iqtisadi böhran yaradaraq yenidən ABŞ-ı supergüc olaraqortaya çıxarılmasına dayanır. Bəziləri isə pandemiyadan sonra dünyanın yenidən nüfuz dairələrinə bölüşdürüləcəyini iddia etməkdədirlər. Ümumiyyətlə isə bir çox ekspertləri postkoronavirus dönəminin tamamilə fərqli olacağından əmindirlər.

Koronavirusdan sonrakı dünya çoxmu dəyişəcək? Ümumiyyətlə pandemiyanın böyük siyasətə və geosiyasətə təsirləri barədə nə demək olar? Dünyanın yenidən bölüşdürülməsi mümkündürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Politoloqlar Klubu”nun rəhbəri Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Düşünürəm ki, heç kəsdə bu virusun laboratoriya şəraitində hazırlanmış və dünya xalqlarına qarşı olan bir müharibənin təzahürü olduğuna şübhə yoxdur”.

Koronavirusun üçüncü dünya müharibəsi olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, əgər 1-ci və 2-ci dünya müharibələri bir neçə böyük dövlətlər arasında baş vermişdisə, 3-cü dünya müharibəsi olan koronavirus bütün planeti cənginə alıb:

“Bu artıq real faktlatdır. Çünki heç bir kinorejissor çəkdiyi kinoda məhz koronavirusun ssenarisini dəqiqliklə bildirə bilməzdi. Buna görə də 1990-cı illərin əvvəlində çəkilən Simsonlar cizgi filmində koronavirus haqqında səhnələr var. Eyni zamanda 2011-ci ildə çəkilən “Yoluxma” filmində tam dəqiqliyi ilə koronavirusun səhnələri çəkilib. Bu filmdə olduğu kimi koronavirusun Çində başlayıb dünyaya yayılmasının şahidi olduq.

Düşünürəm ki, heç kəsdə bu virusun laboratoriya şəraitində hazırlanmış və dünya xalqlarına qarşı olan bir müharibənin təzahürü olduğuna şübhə yoxdur. Hesab edirəm ki, laboratoriyada inzibati qaydada sınaqdan çıxarılmış bu testlər hazırda dünya əhalisi arasında yoxlanılmaqdadır. Məqsəd isə artıq əsrlərdir planetə rəhbərlik edən ailələrin öz şəxsi ambitsiyalarına çatmasıdır.

Digər tərəfdən təbii ki, elm inkişaf etdikcə şübhəsiz biz yeni dünya nizamının meydana gəlməsinin şahidi olacağıq. Hər halda düşünmürəm ki, biz koronavirus bəlasın atlayandan sonra dünya tamamilə yeni epoxaya qədəm qoyacaq. Sadəcə olaraq İT texnologiyaları sahəsində ciddi irəliləyişlərin şahidi olacağıq.

Zaur Məmmədov: “Artıq milli ölkələrin daxili bazarları ilkin ehtiyac mallarına görə beynəlxalq korporasiyalardan asılı olmamalıdırlar”.

Əslində bu həm də milli dövlətlərə bir siqnaldır ki, həmin ölkələr öz elmi səviyyələrini bə səhiyyələrini inkişaf etdirsinlər və əgər bu günə qədər regional milli dövlətlər silahlqnmaya verdikləri diqqəti səhiyyəyə vermirdilərsə, bundan sonra mütləq mənada elmin və səhiyyənin inkişafına önəm versinlər. Çünki bu gün baş verənlərnfaktiki olaraq üçüncü dünya müharibəsidir. Əgər 1 və 2-ci dünya müharibələri bir neçə böyük dövlətlər arasında baş vermişdisə, 3-cü dünya müharibəsi olan koronavirus epidemiyası bütün planeti cənginə aldı.

Eyni zamanda milli dövlətlər təbii ki, öz iqtisadiyyatlarının müstəqil inkişaf etdirməlidirlər. Artıq milli ölkələrin daxili bazarları ilkin ehtiyac mallarına görə beynəlxalq korporasiyalardan asılı olmamalıdırlar. Hətta bu dövlətlər milli səviyyə sistemlərini beynəlxalq formativ kompaniyalardan asılı olmamağı qarşılarına məqsəd qoymalıdırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar