Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya humanitar böhranla üz-üzə - İqtisadiyyatlarda yenidən “Keynes dövrü” başlayır...

Prosesin mahiyyətini başa düşmək üçün onu dəqiqliklə izah etməliyik. Bu, “iqtisadi böhran” deyil. Biz iqtisadi nəticələri olan böyük bir humanitar böhranla üz-üzəyik...

Levent Yılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 aprel 2020-ci il

Con Meynerd Keynes: “Özəl sektor uzunmüddətli perspektivdə bərpa oluna bilər. Ancaq uzun müddət anlayış cari məsələlər üçün yalnış bir bələdçidir. Çünki hamımız bu uzun müddətdə ölüb gedəcəyik”

Koronovirus ölkələrin iqtisadiyyatını hələ də zəiflətməyə davam edir. Elə hökumətlər də əvvəldən bəri baş verən hadisələrin iqtisadiyyata “dağıdıcı” təsir göstərməsinin qarşısını almaq üçün bəzi addımlar atmağa başlamışdılar.

Əvvəla prosesin mahiyyətini başa düşmək üçün onu dəqiqliklə izah etməliyik. Bu, “iqtisadi böhran” deyil. Biz iqtisadi nəticələri olan böyük bir humanitar böhranla üz-üzəyik. Humanitar böhran deyirəm, çünki dünyanın inkişaf etmiş ölkələrində reanimasiya yatağı çatışmazlığından, sığortalar olmadığından və ya bu sığortalar pandemiyaya cavab vermədiyindən insanlar küçələrdə ölürlər.

Sənayeləşmiş, texnologiyada qabaqcıl olmuş və adambaşına düşən milli gəlirdə bir-biri ilə rəqabət aparan ölkələrdə belə səhiyyə sistemləri çöküb. Çox dövlətli avtomobil şirkətləri istehsalını dayandırıblar və əleyhqaz istehsal etməyə başlayıblar. Bəzi ölkələr bir-birlərini maskalarını, əlcəklərini və tibbi ləvazimatlarını oğurlamaqda ittiham edirlər. Üstəlik, pandemiyaya səbəb olan bu virusu konkret şəkildə müalicə edən bir dərman və ya peyvənd də yoxdur.

Bu vəziyyətdə Keynesi xatırlamaq heç də əbəs deyil

Hər iqtisadi böhran zamanı xatırladığımız bir iqtisadçı var: Con Meynerd Keynes. Bu günkü makroiqtisadiyyat sahəsi onun əsəridir. 1936-cı ildə yazdığı “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” adlı kitabı o dönəmdə çox ucuz qiymətə satışa çıxarsa da, kitab kifayət qədər çox oxunmamışdı. Lakin kitab 2008-ci il Qlobal Maliyyə Böhranı sayəsində ən çox müzakirə edilən əsərlərdən birinə çevrilmişdi.

2008-ci il böhranı ilə demək olar ki, bütün dünya hökumətləri “Keynes siyasəti”ni həyata keçirməklə böhranın təsirini azaltmağa çalışdılar. Bəs Keynes nə təklif edirdi?

Keynes bildirir ki, iqtisadiyyatların zəiflədiyi dövrlərdə faiz dərəcəsi necə olursa olsun, özəl sektor investisiya qoymayacaq, ümumi tələbin azalması ilə müəssisələr ziyana düşəcək və nəticədə, gedərək böyüyən işsizlik nəzarət altına alına bilinməyəcək. Keynesə görə, hökumətlər faiz dərəcələrini sıfırdan aşağı salmaq iqtidarında deyil və böyüməni stimullaşdırmaq üçün faizdən daha təsirli bir əməliyyata ehtiyac var.

Keynes qeyd edir ki, faiz dərəcələri sərt bir pul siyasəti olaraq genişlənmənin qarşısını almaqda faydalı ola bilər, lakin iqtisadiyyatdakı böhran dönəmlərində öz təsirini itirir. Ümumi nəzəriyyədə bu anlayışı “ipi itələmək” ifadəsi ilə izah edilir. Yəni bir ipi çəkə bilərsiniz, ancaq onu itələyə bilməzsiniz. Başqa sözlə, böhran dönəmlərində faiz dərəcələrinin aşağı salınması effektiv nəticə vermir. Bəs onda nə etməliyik?

Bu vəziyyətdə Keynes böyüməni stimullaşdırmaq üçün dövlət xərclərinin artırılmalı olduğunu düşünür. Başqa sözlə, vəziyyətdən çıxmağın tək yolu dövlət xərclərini artırmaqdır. Hətta Keynes, bununla bağlı belə bir nümunə verir: xəzinədarlar köhnə butulkaları banknotlarla doldurmalı, şəhərin bütün zibillərini toplayaraq onu kömür mədəninin dərinliyinə basdırmalı və özəl sektordan həmin şüşədəki əskinasların çıxarılmasını tələb etməlidirlər. Məhz bu şəkildə işsizlik olmayacaq, cəmiyyətin real gəlirləri və sərvəti artacaq və yəqin ki, iqtisadi vəziyyət indikindən daha yaxşı olacaq.

Bəs nə etmək lazımdır?

Bu suala Keynesdən sitat gətirərək cavab verək: “Özəl sektor uzunmüddətli perspektivdə bərpa oluna bilər. Ancaq uzun müddət anlayış cari məsələlər üçün yalnış bir bələdçidir. Çünki hamımız bu uzun müddətdə ölüb gedəcəyik”.

Başqa sözlə, özəl sektorun özünü bərpa edəcəyini gözləmək olmaz. Bu səbəbdən, hökumətlər işsizliyin qarşısını almaq, istehsalın dayanmasının və gəlir itkisinin qarşısını almaq üçün dövlət xərclərini artıraraq böyüməni stimullaşdırmaq məcburiyyətindədirlər. Buraya ədəbiyyatlarda “helikopter pul” adlandırılan və şəxslərin birbaşa bank hesablarına pul köçürülməsi prosesi də aiddir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar