Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda narkotik qəbulunun faciəvi nəticəsi: Kişi öldü, qız komadadır

Ötən gün Bakıda daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin həddən artıq qəbulu ilə bağlı iki fakt qeydə alınıb...

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Suraxanı rayonunun eyni adlı qəsəbəsində aprelin 1-də saat 17:00 radələrində 1976-cı il təvəllüdlü Niftalı Yaxşiyev narkotiki yüksək dozada qəbul edərək ölüb. Hazırda bu faktla bağlı araşdırma aparılır.

Elə həmin gün Nərimanov rayonunda kirayə yaşayan 26 yaşlı İsmayıllı rayon sakini J.Şixiyeva metadonun həddindən artıq qəbulundan zəhərlənib. Komada olan qız xəstəxanaya aparılıb. Qeyd edilən rayonun 17-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırırlar.

Qeyd edək ki, paytaxtda polis əməkdaşları narkotik satışı ilə bağlı bir faktı aşkarlayıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Bəxtiyar Məlikovu saxlayıblar, onun üzərində üç kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mart ayında paytaxt polisinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 132 fakt aşkarlayıblar.

pia.az


Etiket: narkotik ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar