Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu koronavirusa qarşı gizli silahını işə salıb

"MOSSAD" dünyanın dörd bir tərəfindən tibbi ləvazimat oğurlayır...

Ben Kaspit

“Əl-Monitor”, 01.04.2020

“Mossad”ın rəhbəri Yossi Koen son həftələrdə çox maraqlı bir dərs alıb: İranın nüvə arxivlərini oğurlamaq havalandırma qurğularını almaq və İsrailin xəstəxanalarına gətirməkdən daha asandır.

2018-ci ildə “Mossad” casuslarının Tehrandakı rejimin mühüm sənədlərini ölkədən çıxarma əməliyyatını idarə edən Koen indi də İsrailə koronavirusa qarşı mübarizədə havalandırma, tibbi avadanlıq və s. gətirmək üçün misilsiz səylərə başçılıq edir. O, Şeba xəstəxanasında yaradılan gizli əməliyyat otağına rəhbərlik edir: yüzlərlə casus dünyanın hər bir nöqtəsində həyati avadanlıq və texnologiya satın alır. Büdcədə heç bir məhdudiyyət yoxdur və adamların aldığı əmr İsrailin virusun öhdəsindən gələ bilməsi üçün hər şeyi etməkdir.

İsrail “oyun”un əvvəlində koronavirusa düzgün cavab verib. Hava məkanını bağlamaq, Çin və digər yerlərdən gələn insanların girişini məhdudlaşdırmaq barədə ilkin qərarlar vaxtında qəbul edilib. Bu, virusun sıçrayışından əvvəl ölkəyə bir az vaxt qazandırıb. Lakin virus ölkədə yaşanmağa və yayılmağa başlayana qədər anti-koronavirus cihazları ilə bağlı demək olar ki, heç bir iş görülməyib. İsrail səhiyyə sistemi hazırlıqsız yaxalanıb, çünki son o, 10 ildə davam edən büdcə azaldılmasına, ümumi laqeydliyə məruz qalıb.

Bütövlükdə, İsrailin səhiyyə sistemi uğurlu və effektiv kimi qiymətləndirilir. Ölkədə bütün vətəndaşlara pulsuz sağlamlıq təminatı verən, dünyanın ən inkişaf etmiş ölkələri arasında olan ailə və icma klinikaları şəbəkəsini təmin edən Milli Tibbi Sığorta Qanunu var. Digər tərəfdən, adambaşına düşən tibb bacıları və reanimasiya yataqlarının sayı ən aşağı səviyyədədir. Xəstəxanalarda infeksiyadan ölüm nisbəti artır və ən yüksəklərdən biri kimi qiymətləndirilir.

Koronavirus İsraili 2000-dən az sərinkeş qoruyucu geyim, cərrahi maskalar, N95 maskalar, koronavirus test dəstləri, xüsusi köpüklər və s. azlığı ilə yaxalayıb.

Səhiyyə Nazirliyinin ən pis vəziyyət ssenarisi may ayında 1 milyon koronavirus daşıyıcısı haqqında söz açır; bu halda sərinkeşlər yalnız 10.000 xəstəyə bəs edəcək. Netanyahunun kabusu – minlərlə koronavirus xəstəsinin sərinkeş çatışmazlığına görə ölməsidir.

Narahat xasiyyətli və tez-tez təhdidləri şişirdib ən pis ssenariləri icad edən baş nazir, İsrailin səhiyyə sisteminin ağır vəziyyətini nəzərə alaraq, ölkənin Yaxın Şərqin İtaliyasına çevrilməsindən qorxur. O bilir ki, sərinkeş çatışmazlığına görə ölmüş koronaviruslu xəstələrin şəkilləri siyasi karyerasının sonu deməkdir. Buna görə də, Koenə lazımi avadanlıq alınması vəzifəsi verilməsi qaçılmaz idi.

“Mossad” – Netanyahunun gizli silahıdır və İsrail cəmiyyətində çox məşhurdur. Bundan əlavə, müdafiə sisteminin və müdafiə naziri Naftali Bennettin rəhbərlik etdiyi İsrail Müdafiə Qüvvələrinin (İDF) əksinə olaraq, “Mossad”ın birbaşa komandiri Netanyahudur. Bu, ona “Mossad”ın uğurundan ictimai və siyasi kredit götürməyə imkan verir.

Bu gizli otaqda təkcə “Mossad”ın adamları oturmur. İsrailin müxtəlif müdafiə sistemlərindən yüzlərlə insan əməliyyatda iştirak edir: İDF-də silah və texnoloji infrastrukturun inkişafı idarəsi, Müdafiə Nazirliyinin satınalma direktorluğu, “Aman-8200” kiber bölməsinin texnologiya mütəxəssisləri, digər agentliklərin kiber mütəxəssisləri və s.

“Mossad” rəhbəri gündə bir dəfə səylərin xülasəsi və qiymətləndirilməsini özündə birləşdirən iclas keçirir. Şeba xəstəxanasının İnnovasiyalar Mərkəzində pul problem deyil, hətta istehsal etmək və təchiz etmək üçün ona İsraildəki müəssisələri milliləşdirməyə icazə verilib. Martın 31-də Bennett İsrailin satın alınma səylərinə 2 milyarddan şekel (560 milyon dollar) xərclədiyini açıqlayıb.

Dünyanın dörd bir yanına səpələnmiş “Mossad” casusları indi tamamilə yeni bir sahədə yeni bir “döyüş” aparırlar. Fabriklərə basqın edir, istehsalçılarla əlaqə qurur, təcili olaraq gəmi və yük maşınlarını hər cür qəribə məkanlara göndərir, hətta fırıldaqçılar və möhtəkirlərlə sövdələşməyə gedirlər. Bir dəfə vasitəçilər “Mossad”a saxta koronavirus test dəstlərini sırımağa çalışıblar. Başqa bir halda “Mossad”ın yük maşını Avropadakı sənaye zavoduna çatdıqda, Almaniya hökuməti tərəfindən göndərilən başqa bir yük maşınının ondan əvvəl inventarı yüklədiyi aşkar edilib. Fars körfəzindən 100 min koronavirus testini İsrailə gətirilib və yalnız bundan sonra dəstlərin yararsız olduğu aşkar olunub.

Uğursuzluqlarla yanaşı, uğurlar da qeydə alınıb. Martın 31-də 27 sərinkeş xüsusi əməliyyatla İsrailə gətirilib, yüzlərlə əlavə sərinkeş yoldadır. Ventilyasiya cihazları yaratmaq üçün yeni texnologiyalara əl atılıb və 30 İsrail fabriki bir neçə həftə içində bu ciazları yaratmaq üçün zamana qarşı yarışa başlayıb.

Anonimlik şərtiylə bir səlahiyyətli “əl-Monitor”a deyib: “Bu silahlanma yarışına bənzəyir. Bir vaxtlar ölkələr silah və müharibə materialları əldə etmək uğrunda yarışıb. Sonrakı mərhələ nüvə silahlanması yarışı idi və indi hamı sərinkeş axtarır. Qiymətlər koronavirusla əlaqəli havalandırma qurğularının qiyməti ən az 500% artıb. Ölkələr embarqolar tətbiq və ixracı qadağan edirlər. İnsanlar ehtiyac duyduğumuza dəlisov qiymətlər təklif edir və mənasız vədlər verirlər. Bütün bunlara baxmayaraq, “Mossad”ın xüsusi imkanlarını, xüsusi əlaqələri işə salırıq. Ümid edirik ki, uğur qazanacağıq”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Netanyahu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar