Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci il üçün Azərbaycanın büdcə gəlirlərinin itkisi nə qədər olacaq?  

Dövlət Neft Fondu hesabına bu gəlir itkisi hansı zamana qədər qapadıla bilər...

İqtisadçı: “Neft Fondu dövlət büdcəsi qarşısında öz öhdəliklərini mövcud aktivləri hesbına yerinə yetirəcək. Buna görə də büdcənin gəlirlərində ciddi azalma gözlənilmir”.

“İqtisadi aktivliyin dayanması nəticəsində və eyni zamanda pandemiyanın təsirlərini aradan qaldırmaq məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən açıqlanan vergi güzəştlərinin tətbiq olunması nəticəsində qeyri-neft sektoru hesabına toplanan büdcə gəlirləri azalacaq”.

Bu sözləri iqtisadçı Rəşad Həsənov 2020-ci il üçün Azərbaycanın büdcə gəlirlərinin itkisini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycan nefti 20 dollardan aşağıya düşdü, Rusiya nefti isə ümumiyyətlə ən minimum qiymətə,13 dollara satıldı. Pandemiyanı da nəzərə alarsaq, Səudiyyə Ərəbistanı, RusiyaABŞ arasında razılıq əldə olunsa belə, neftin qiymətinin uzun zaman 30 dollardan aşağı olacağı şübhə doğurmur.

Bu durumda 2020-ci il üçün Azərbaycanın büdcə gəlirlərinin itkisi nə qədər ola bilər və Dövlət Neft Fondu hesabına bu gəlir itkisi hansı zamana qədər qapadıla bilər? Ümumiyyətlə böyük böhran ili olan bu il Azərbaycan iqtisadiyyatı neçə faiz kiçilə bilər və bu kiçilmənin manata təsirləri barədə nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Neftin qiymətinin ucuzlaşması növbəti dövrlərdə həm büdcə gəlirlərinin təmin edilməsində, həm də Neft Fondunun aktivlərinin qorunub saxlanılmasında çox ciddi çətinliklərlə yaradacaq”.

Neft sektorundan toplanan vergi gəlirlərinin birbaşa olaraq dövlət büdcəsində azalma ehtimallarının gündəmə gəldiyini və bunun baş verəcəyini vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, son nəticədə ümumiyyətlə büdcənin gəlirlərində azalma baş verəcək. Lakin Azərbaycan iqtisadiyyatı sadəcə neftin qiymətindən qaynaqlanmır:

“Təbii ki, burada situasiya kifayət qədər mürəkkəbdir. Amma nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin gəlirlərində birbaşa olaraq neftin qiymətinin dəyişməsindən qaynaqlanan hissə nisbətən azdır. Dövlət büdcəsinin təxminən 26 milyardlıq gəlirlər hissəsi var. Bunun da 2 milyard 500 milyon manatlıq hissəsi məhz neft sektorundan toplanan vergilər hesabına kompensasiya olunur.

Neft Fondundan transferlər isə sabit transferlərdir. Bu transferlərin həcmində dəyişiklik olmayacaq. Təbii ki, Neft Fondunun büdcəsi kərslə icra olunacaq. Amma buna baxmayaraq Neft Fondu dövlət büdcəsi qarşısında öz öhdəliklərini mövcud aktivləri hesbına yerinə yetirəcək. Buna görə də büdcənin gəlirlərində ciddi azalma gözlənilmir.

Sadəcə neft sektorundan toplanan vergi gəlirlərinin birbaşa olaraq dövlət büdcəsində azalması ehtimalları gündəmə gəlib və bu baş verəcək. Son nəticədə ümumiyyətlə büdcənin gəlirlərində azalma baş verəcək. Çünki Azərbaycan iqtisadiyyatı sadəcə neftin qiymətindən qaynaqlanmır. İqtisadi aktivliyin dayanması nəticəsində və eyni zamanda pandemiyanın təsirlərini aradan qaldırmaq məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən açıqlanan vergi güzəştlərinin tətbiq olunması nəticəsində qeyri-neft sektoru hesabına toplanan büdcə gəlirləri azalacaq.

Rəşad Həsənov: “Azərbaycan iqtisadiyyatı iki tərəfdən risk altındadır. Bu riskin birincisi pandemiya, ikincisi isə neftin qiymətinin ucuzlaşmasıdır”.

Düşünürəm ki, bu şərtlə daxilində müəyyən xətt istiqamətləri üzrə hökumət yenidən dövlət büdcəsinə baxmaqla sekretr tətbiq edə bilər. Bu sekretra tətbiq olunan xərclər də daha çox infrastruktur istiqamət xərclər olacaq. Büdcənin əsaslı xərcləri və yaxud da sosial təminatlı xərclərinin icrasında hər hansı ciddi çətinliklərin yaranmayacağı qənaətindəyəm. Çünki ölkə başçısı da bu istiqamətdə müəyyən mövqe ortaya qoyub. Dövlət başçısı hökumətə sosial xərclərin, sosial təyinatlı layihələrin tam olaraq icra olunmasını tapşırıb.

Amma təbii ki, son nəticədə neftin qiymətinin ucuzlaşması növbəti dövrlərdə həm büdcə gəlirlərinin təmin edilməsində, həm də Neft Fondunun aktivlərinin qorunub saxlanılmasında çox ciddi çətinliklərlə yaradacaq.

Kiçilmənin indiki halda hesablanması mümkün olmayan bir məsələdir. Çünki faktiki olaraq böhranın hansı müddətdə davam edəcəyi, yəni pandemiyanın nə qədər dövrü əhatə edəcəyi burada əsas məqamlardan biri kimi çıxış edəcək. Eyni zamanda digər tərəfdən də hökumətin iqtisadi aktivliyi bərpa etməsi istiqamətində açıqlayacağı təkliflər paketi əhəmiyyətli rol oynayacaq.

Amma istənilən halda onu deyə bilərik ki, 2020-ci il üçün Azərbaycanın iqtisadiyyatında resersiya artıq qaçılmaz görünür. Çünki iqtisadiyyat iki tərəfdən risk altındadır. Bu riskin birincisi pandemiya, ikincisi isə neftin qiymətinin ucuzlaşmasıdır. Resurs ölkə kimi neftin qiymətinin ucuzlaşmasının iqtisadiyyata təsirləri daha dərin və uzunmüddətli dövrü əhatə edə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar