Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koronavirusdan sonra dünyanı yenidən böləcəklər...” - Professor

“Bu siyasi və geosiyasi məsələdir”...

Bütün dünyanı bürüyən koronavirus pandemiyasının nə zaman bitəcəyi və onun Azərbaycan üçün yekun fəsadlarının nələrdən ibarət olacağı hər kəsi düşündürsə də, bu suallara cavab tapmaq olduqca çətindir.

“AzPolitika.info” Azərbaycan parlamentinin sabiq sədri, 1992-ci ildə prezident səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədovla “Covid-19”, onun ortaya çıxma səbəbləri və gözlənilən nəticələrə dair söhbət edib:

PİA.az həmin müsahibəni təqdim edir:

- Yaqub müəllim, koronavirus epidemiyası bütün dünyada tüğyan edir. Bir alim kimi bu virusun təbii şəkildə ortaya çıxması, yoxsa süni yolla laboratoriya şəraitində hazırlanması fikrini daha doğru sayırsınız?

- Fikrimcə, bu, həm iqtisadi, həm siyasi, həm də geosiyasi bir məsələdir. Burada qlobal məsələlər var. Məsələn, rusiyalı məşhur jurnalist Andrey Karaulov dünyada tanınmış bir virusoloqdan müsahibə almışdı. Həmin müsahibədə bu virus, onun meydana çıxması, inkişafı haqqında maraqlı məlumatlar verilirdi. Mən də düşünürəm ki, bu, çox mürəkkəb məsələdir, sadə iş deyil.

Mənim fikrim odur ki, buna ancaq tibbi-bioloji məsələ kimi yanaşmaq doğru olmazdı. Görünür, burada çox böyük maraqlar, xüsusilə də transmilli korporasiyaların maraqları var. Çünki çox qısa müddət ərzində yeni növ koronavirus dünya iqtisadiyyatını alt-üst edib. Bunu sadə məsələ hesab etmirəm.

- Belə çıxır ki, bir çoxları kimi siz də bu problemin süni formada ortaya çıxarıldığını düşünürsünüz...

- Təbii ki, burada problemin süni yolla yaradıldığının əlamətləri var. Elə bil ki, bu, bioloji bir silahdır. Diqqət edin, bu pandemiya məsələsi ortaya çıxdı və paralel olaraq neftin qiyməti dünya bazarında kəskin şəkildə endi. İndi də görürsünüz ki, virus sürətlə dünyada yayılır, ölkələr arasında ziddiyyətlərə səbəb olur. Odur ki, koronavirus epidemiyası yalnız tibblə bağlı olan məsələ deyil. Çox böyük qlobal prosesdir. Dünya iqtisadiyyatını çökdürməkdir. Koronavirusdan sonra böyük ehtimalla dünyanı yenidən təsir dairələrinə bölmə məsələləri ortaya çıxacaq.

- Yəni sizcə, pandemiyadan sonra dünyada yeni sistem qurulacaq?

- Çox güman ki, yeni sistemlər qurulacaq, yeni münasibətlər yaranacaq. Bu pandemya faktiki olaraq dünyada qloballaşmanı dağıtdı. Avropa İttifaqının nə vəziyyətdə olduğunu görürsünüz. Bir-birinə yardım etmək əvəzinə, dövlətlər öz sərhədlərini bağladı. Baxmayaraq ki, onların vahid valyutaları mövcud idi, problemləri vahid formada qaldırır və onların həllinə çalışırdılar. Görünür, bundan sonra dünyada yeni düzən olacaq.

Müşahidələr göstərir ki, Çin dövləti buna görə, birmənalı şəkildə Amerikanı günahlandırır. Qarşı tərəf də əksinə, Çini ittiham edir. İtaliyanın baş nazirinin müavini vəzifəsini daşımış Matteo Salvini Avropa Birliyini “ilanlar və çaqallar mağarasına” bənzədib. Hətta deyib ki, “pandemiya təhlükəsi aradan qalxsın, sonra onlarla haq-hesab çəkəcəyik”.

Məncə, müəyyən dövrdən sonra bir sıra məsələlər aydınlaşacaq. Yəni bunun harada yaradıldığı, necə yayıldığı məlum olacaq. İndi qeyd edilir ki, yeni növ koronavirus həşaratlar, yarasalar, balıqlarla yayılıb. Bunlar maraqlı versiyalar olsa da, heç kəs konkret bir söz deyə bilmir.

- Necə düşünürsünüz, koronavirus səbəbindən yaranan iqtisadi böhran nəhəng dövlətləri, məsələn, Rusiyanı silkələyə bilərmi?

- Bu, böyük bir fəlakətdir və bütövlükdə dünyanı əhatə edir. ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiyaları götürmək niyyətində deyil. Demək, onların bu işdə marağı və necə deyərlər, barmağı var. Yəni ortada yeni dünya düzəninin qurulması məsələsi var. Bu prosesdə hər şey ola bilər. Konkret proqnoz vermək çətindir. Rusiya nəhəng dövlətdir, özünün resurs və imkanları mövcuddur. Üstəlik, pandemiyaya qarşı böyük tədbirlər görür. Ona görə də yalnız bu prosesin sonunda hər şey ortaya çıxacaq.

- Dünya ancaq dövlətlərdən ibarət deyil, dövlətləri təşkil edən millətlər də var. Bu mənada dünya bu təhlükədən necə qorunmalıdır?

- Karantin şərtləri gözlənilməli, insanlar evlərindən bayıra çıxmamalıdır. Başqa yol yoxdur. Dezinfeksiya tədbirləri görülməlidir. Hələlik yeni növ koronavirusun müalicəsi, profilaktikası yoxdur. İndi bütün alimlər bu istiqamətdə iş aparır, dərman əldə etmək, vaksin hazırlamaq üçün cəhdlər edirlər. Amma bunun üçün zaman gərəkdir. Bu xəstəliyin konkret müalicə üsulu yoxdur. Əsas odur ki, orqanizmin immuniteti güclü olsun. Təsadüfən demirlər ki, 65 yaş üstü insanlar küçələrə çıxmasın. 65 yaşdan yuxarı olan insanlarda orqanizmin immuniteti, bədənin müqaviməti zəif olur. Belə adamları xəstəlik daha tez tutur. Bu mənada hər kəs özü-özünü qorumalıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar