Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virusdan qorunmaq üçün 1,5 metrlik məsafə kifayət deyil - Araşdırma

Araşdırmaçılar 1,5 metrlik məsafənin koronavirusdan qorunmaq üçün yetərli olmadığını açıqlayıblar...

PİA.az xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılarının Amerika Tibb Dərnəyinin jurnalında yayımladığı məqaləsində bildirilib.

İnstitutunun dosenti Lidiya Burubinin fikrincə, virusun öskürmə və asqırma yolu ilə 1,5 metr məsafəyə sıçraya bilməsi tam olaraq doğru deyil. L.Burubi məqalədə öskürmə və asqırmanın dinamiklərini illərdir araşdırdığını və bu yolla virusun 8 metrədək yayıla biləcəyini söyləyib.

Bundan başqa, institutunun dosenti 1,5 metrlik sosial məsafənin köhnədənqalma təlimat olduğunu da əlavə edib.

Bu araşdırmaya Ağ evdən reaksiya gəlib. Belə ki, koronavirusla əlaqədar Donald Trampla tez-tez təmasda olan, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi 1,5 metrlik məsafənin virusdan qorunmaq üçün yetərli olmaması ilə bağlı fikirlərə etiraz edib: “Bu araşdırma yanlışdır. Virusun bu qədər uzağa saçması üçün çox güclü öskürmək və asqırmaq gərəkir. Araşdırmadakı bu fikirlər praktik deyil”.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 190 000-ə yaxınlaşıb. Virus qurbanlarının sayı isə 4 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 862 500-ü ötüb. Bunların 179 127 nəfəri sağalıb, 42 528 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar