Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb...

Türkiyədə də koronavirus pandemiyası ilə bağlı həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması səbəbindən burada yaşayan bəzi Azərbaycan vətəndaşları, xüsusilə də öz hesabına Türkiyədə təhsil alan tələbələrimizin müəyyən bir qismi məişət və inzibati zəminli müxtəlif problemlərlə üzləşib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Bildirib ki, hazırkı vəziyyətin davam etdiyi şəraitdə (iki ölkə arasında hava və quru yolu ilə səfərlər bərpa olunanadək) yaşayış yerindən çıxarılmış və ya qida təminatı ilə bağlı ciddi sıxıntı ilə üzləşmiş vətəndaşlara (müfaviq təsdiqedici sənədlər təqdim olunmaq şərti ilə) müvəqqəti dövr ərzində yardım edilməsi imkanları nəzərdən keçirilir.

Bunun üçün aidiyyəti vətəndaşlardan keçid vasitəsilə zəruri məlumatları doldurmaqla müraciət etmələri xahiş olunur.

Azərbaycanın Türkiyədəki Səfirliyində müraciətlər təhlil olunduqdan sonra yardıma ciddi ehtiyacı olan vətəndaşlarla əlaqə saxlanılacaq və ehtiyacdan asılı olaraq onlar üçün Türkiyə Respublikasında hazırda olduqları ərazidə yaşayış yeri və (və ya) gündəlik qida təminatının təşkil edilməsi imkanlarına baxılacaq.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar