Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evdə qalaq...və inanaq - biz bir yerdə güclüyük

Koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq...

Səbuhi Məmçədli yazır...

21-ci əsrin bundan böyük bəlası yaşanmır bu günlər planetimizdə. Koronavirus bütün dünyanı cənginə almaqda davam etməkdədir. Nə yaş, nə irq, nə ölkə, nə də sərhəd tanıyır. Bu gün dünyanın ən inkişaf etmiş dövlətləri, ən yüksək texnoloji avadanlıqlara, tibbi preparatlara malik ölkələri bu virusun qarşısının alınmasında acizdirlər.

Artıq elə bir vəziyyət yaranıb ki, bu gün hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir.

Etiraf edək ki, koronavirusa qarşı mübarizədə çox kritik mərhələyə daxil oluruq. Hə, çox təəssüf ki, vəziyyət o qədər pis proqnozlara bağlıdır ki, məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Bunu da etiraf etməliyik ki, Azərbaycan insanı real təhlükə mərhələsinə qədəm qoyub. Bir məqam unutmamalıyıq ki, nəinki özümüzə, balalarımızın, sevdiklərimizin belə həyatına ciddi təhlükə yarada bilərik.

Təcrübə göstərir ki, özünü təcrid və evdə qalma ilə minimum itki ilə qalib gələ bilərik bu taclı bəlaya. Əks halda, çox ağır itkilərə məruz qalarıq. Bu, bir acı reallıqdır.

Heç kimə sirr deyil ki, gündəmimizin əsas mövzusu olan koronavirus epidemiyası ilə bağlı təhlükə qanunlarımızda da yeni dəyişikliklər zərurəti yaratdı. Bu infeksiya yeni qaydaların tətbiqinə səbəb oldu. Azərbaycan hökuməti də təhlükənin miqyasını azaltmaq üçün dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdı və vəziyyətin təhlilindən sonra bəzi qaydaların tətbiqi barədə qərar qəbul edildi. Və inanın ki, bu qərarlar məhz ciddi proqnozların təhlili nəticəsində yaranmış vacib tələblərdir.

Bu günlərdə Milli Məclis pandemiya və epidemiya vəziyyətləri ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinə dəyişiklər edilməsini məqbul sayıb və yeni dəyişiklikləri təsdiq olunması üçün Prezidentə göndərib. Prezident artıq həmin dəyişikliyi təsdiqləyib.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin yeni redaktəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinə isə 139-1 maddəsi əlavə edilib (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması).

Hə, vəziyyət getdikcə çətinləşməkdədir. Dünyanın ən inkişaf etmiş ölkələri belə öz vətəndaşlarını qoruya bilmirlər. Vəziyyət o qədər çətinləşib ki, tibbin inkişaf etdiyi ölkələr virusa yoluxmuş xəstələr arasında seçim aparmaq məcburiyyətində qalıb, xəstəxanalarda boş yer qalmayıb, yaşı çox olan xəstələr artıq qəbul edilmir, onlar ölümlə üz-üzə buraxılır. Bu, çox acınacaqlı bir vəziyyətdir və belə bir ağır durumun yaranmasına səbəb isə insanların bu virusa vaxtında ciddi yanaşmamasıdır.

Amma Azərbaycan dövləti ölkəmizdə bu cür vəziyyətin yaranmaması üçün bütün imkanlarını səfərbər edib, lakin bu tədbirlərin səmərəli olması üçün cəmiyyətimizin də üzərinə böyük məsuliyyət düşür.

Bu gün dövlətin bütün müvafiq strukturları koronavirus infeksiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan həkimi, polisi görünməmiş fədakarlıq göstərir. Amma bu azdır. Çünki görülən tədbirlər insanlarımızın qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər. Vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir.

İnsanlarımız məsələnin ciddiliyini nəzərə almalı, qoyulan qaydalara riayət etməklə özlərinin, yaxınlarımızın sağlamlığını, həyatını qorumalıdır. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu virusa yoluxmaq və nəinki öz həyatını, ətrafdakılarını da təhlükəyə atmaq deməkdir.

Biz, bu sınaqdan da çıxacağıq. Elə Cənab prezidentin də dediyi kimi, “əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik". Evdə qalaq...və inanaq - biz bir yerdə güclüyük.

Səbuhi MƏMMƏDLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar