Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ermənistanla bağlı qərar verdi və "Qırmızı xətti" keçdi – erməni mediası

Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko dünən Rusiya qazının qiymətlərinin hazırkı reallıqlara uyğun gəlmədiyini və həddən artıq yüksək olduğunu etiraf ediblər...

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə telefon danışığı zamanı bildirilib.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan “Qazprom”un rəhbəri Millerə qaz qiymətlərinin, eləcə də qazın milli valyuta ilə ödənilməsi ilə bağlı danışıqlara başlamaq təklifi ilə məktub göndərib.

Hazırda Ermənistan üçün sərhəddə qazın qiyməti 1000 kubmetr üçün 165 dollardır.

Qiymət dəyişiklikləri, şübhəsiz ki, siyasi qərara çevriləcək, başqa sözlə, bunu Putin müəyyənləşdirməli olacaq. Həm Avropa, həm də postsovet məkanında Putin üçün qazın qiyməti siyasi bir vasitədir. Əgər Avropa üçün qazın qiyməti neftlə əlaqəlidirsə və onunla azalırsa, postsovet məkanında qiymətlər sabit və müqaviləlidir.

Ancaq Putinlə razılaşmaq mümkündürmü? Hamısı onun vəziyyətindən asılıdır, indi onun vəziyyəti heç də ürəkaçan deyil. Koronavirus epidemiyası ona fasilə vermək imkanı versə də Putin ciddi Avropa problemləri fonunda ABŞ-Çin razılaşmasında tərəf olacağına ümid edir.

Noyemberyan rayonunun Azərbaycanla sərhədindəki atışma rəsmi Bakının macərası deyil, Ərdoğanın Putinə işarəsidir. Ermənistan Xarici İşlər Nazirliyi iki bəyanat verdi. Onlardan biri atışma ilə əlaqəli, digəri isə Türkiyənin Qarabağdakı “seçkilərlə” bağlı açıqlaması idi. İrəvanın açıqlaması da olduqca sərt oldu: Türkiyə siyasətinin düşmənçiliyi və Rusiyanın “qırmızı xətti” keçməsi qabardıldı.

Paralel olaraq, İrəvan Rusiya ilə qaz qiymətlərinin aşağı salınması ilə bağlı yeni danışıqlar barədə danışmağa başladı.

Aydındır ki, məsələ qaz məsələsi deyil, Moskva bu məsələni Qafqazda onun üçün ən yüksək hərbi-siyasi qiymət kontekstində nəzərdən keçirməlidir.

Haşiyə: Erməni icmalçı Akop Badalyanın lragir.am saytındakı bu mülahizələrini olduğu kimi saxladıq. Maraqlıdır ki, müəllif srağagün Ermənistanla Azərbaycan sərhədindəki atışmada rəsmi Bakını günahkar hesab etmir, Moskvanın Türkiyə tərəfindən “dərs” almasına işarə vurur və açıq şəkildə Rusiyanın, xüsusilə Putinin “qırmızı xətti” keçdiyini bildirir.

Ermənistanla Rusiyanın qaz qiymətləri ilə bağlı davası, nəhayət İrəvanın başında çatlayacaq. Bu gün üçün onlar böyük zəmin yaradıblar.

İrəvanı koronavirusdan öncə yəqin ermənilərin dili ilə desək, “qırmızı xətti” keçən Putin “nizama” salacaq. Görünən siyasi mənzərə bunu deməyə əsas verir. Təki elə olsun. Onsuz da Qarabağdakı dünənki “seçkini” də elə ermənilərin öz jurnalistləri boykot etdlər…

pia.az


Etiket: Putin Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar