Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vergilər Nazirliyi bələdiyyələrə dəstək verəcək

Vergilər Nazirliyi bələdiyyələrə mədən vergisi, turizm obyektlərində xidmət göstərən şəxslərdən isə ödənişləri toplamasına dəstək verəcək...

Bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, yerli büdcənin gəlir mənbələrindən olan mədən vergisi, həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi vəziyyəti təhlil edilib. Aşkar olunan çatışmazlıqların və qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Bələdiyyələrə yerli vergi və ödənişlərin yığımı sahəsində yaranmış borcların məcburi tutulmasını təmin etmək məqsədilə pul tələbləri üzrə inzibati akt qəbul edilməsi ilə bağlı qanunvericiliklə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlərdən istifadə edilməsi tövsiyə edilib, ayrı-ayrı bələdiyyələrə bu cür aktların hazırlanmasında zəruri metodik kömək göstərilib.

Məruzədə nəzərə çatdırılır ki, mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoryia-kurort və turizm xidməti göstərən şəxslər tərəfindən bəyannamələrin ümumiyyətlə, təqdim edilmədiyi hallarda bələdiyyələr yaranmış borcun məbləği barədə təsdiqedici məlumatlara malik olmadığından pul tələblərinin icrasına dair inzibati akt qəbul edə bilmirlər: “Yerli ödənişlərin ödəyiciləri tərəfindən müvafiq hesabatların verilməsinin qanunla müəyyən edilməsi, eləcə də vergi hesabatları ilə yanaşı yerli ödənişlər üzrə hesabatların da təqdim edilməməsinə görə məsuliyyətin müəyyən edilməsi göstərilən problemin həllinə müsbət təsir edə bilər. Habelə mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin dövlətin vergi orqanına təqdim etdikləri bəyannamələrdə istehsal edilən yerli tikinti materialının həcmi və mehmanxana, sanatoriya-kurort və turizm obyektlərində gecələyən şəxslərin sayı göstəriləcəyi təqdirdə bələdiyyələr tərəfindən həmin məlumatların vergi orqanlarından çox asanlıqla əldə ediləcəyi nəzərə alınaraq hazırlanmış təkliflər Vergilər Nazirliyi tərəfindən müsbət qiymətləndirilib. Vergilər Nazirliyi tərəfindən aparılacaq təkmilləşdirmə tədbirləri çərçivəsində məsələyə baxılacağı bildirilib”.(APA)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

loading...

Ən çox oxunanalar