Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirus çap mətbuatını “vurdu” - Azərbaycanda bütün qəzetlər bağlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirus infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi elan edilib...

Qüvvəyə minən yeni qadağalar çap mətbuatının fəaliyyətinə necə təsir edib? Məsələ ilə bağlı bəzi qəzet redaktorları ilə əlaqə saxladıq.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Yenisabah.az saytına açıqlamasında iş qrafiklərinin müvəqqəti dəyişdiyini, fəaliyyətlərini elektron versiyada davam etdirdiklərini deyib:

"Hazırda nəşriyyat işləmir, ona görə qəzetlər bir neçə gündür çıxmır. Aprel ayının 4-5-i redaksiyaların işləyib-işləməyəcəyi müəyyən olunacaq. Ona görə də biz qəzetin elektron versiyası üzərində işləyirik, saytımızı daha da aktivləşdiririk. Aprelin 20-nə qədər vətəndaşların evdən çıxması məhdudlaşdırılıb deyə, çox güman ki, qəzet çıxmayacaq. Çünki qəzetin çıxması üçün böyük strukturların - mətbuat yayımları, köşklərin işləməsi lazımdır. Hər şey qərardan asılıdır, əgər mətbuat yayımları və nəşriyyat işləyə biləcəksə, qəzet çatdırılması mümkün olacaqsa, o halda işləyəcəyik. Olmasa, aprelin ayının 20-dən sonra işləyəcəyik, ona qədər də bütün yazıları sayta yerləşdirməyi planlayırıq”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qəzetin çap versiyasının bu həftənin sonuna qədər olmayacağını bildirib:

"Tək bizdə yox, ümumiyyətlə, bütün Azərbaycanda hal-hazırda qəzetlər çap olunmur. Mətbəələr və qəzet satan köşklər fəaliyyət göstərmədiyinə görə, çap versiyasını hazırlayıb oxucularımızın ixtiyarına verə bilmirik. Bizim saytımız hazırda fəaliyyət göstərir, onlayn rejimdə işləyirik. Ümid edirik ki, növbəti həftədən qəzetlərin çapı mümkün olacaq. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarında fəaliyyətinə icazə verilən sahələr arasında KİV də yer alır. Hesab edirəm ki, Operativ Qərargah həmin bəndi əsas tutaraq mətbəələrin fəaliyyətinə icazə verəcək və biz də qəzetimizi çap edib köşklər vasitəsilə oxucularımıza çatdıra biləcəyik. Bir qəzet rəhbəri kimi indiki haldan çox narahatam, çünki əhalinin informasiya təminatına böyük ehtiyacı olduğu bir zamanda qəzetləri çap edə bilmirik. Lakin digər tərəfdən də mən başa düşürəm ki, insan sağlamlığı hər şeydən önəmlidir. Biz sayt versiyasını hazırlayarkən ev şəraitində oturub onlayn işləyə biliriksə, qəzeti çapa hazırlayanda bu, praktiki olaraq mümkün deyil. Çünki qəzetin səhifələnməsi, dizaynı və digər texniki işlər redaksiyada icra olunmalıdır, buna görə ən azından kollektivin müəyyən bir hissəsi işə gəlməlidir. Bu baxımdan da Operativ Qərargahın ölkə vətəndaşlarının, o cümlədən jurnalistlərin təhlükəsizliyi üçün bu qərarı verdiyini başa düşürəm. Hesab edirəm ki, növbəti həftədən bu məsələ ilə bağlı qızıl ortanı tapmaq mümkün olacaq”.

Baş redaktor deyib ki, rəhbərlik etdiyi qəzetin çapını bərpa etmək üçün əllərindən gələni edəcəklər. Onun sözlərinə görə, hazırda qəzetlərin oxucuya çatdırılması imkanları var: "Birincisi, evdən çıxmaq hamıya qadağan olunmayıb. İkincisi, Azərbaycanda nəşr olunan qəzetlərin əksəriyyəti əsasən abunə vasitəsilə yayılır. Bizim qəzetin də çap olunan nüsxələrinin böyük əksəriyyəti abunəçilərə çatır. Bu baxımdan qəzetin çap olunmaması həm də o abunəçilərin hüquqlarının pozulmasıdır. Ona görə mən düşünürəm ki, əgər qəzetin çap olunmasına imkan yaradılacaqsa, onun oxucuya çatdırılma problemi olmayacaq. Amma əgər Operativ Qərargah yenə də insanların sağlamlığının qorunmasını əsas tutacaqsa, mətbəələr işləməyəcəksə, biz də fəaliyyətimizi sayt vasitəsilə davam etdirəcəyik”.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, hazırda onlayn fəaliyyət göstərsələr də, tezliklə çap versiyasının da yenidən dərc olunacağına ümid edir:

"Dünən Operativ Qərargah yeni qaydalar tətbiq etdi, bu qaydalara əsasən orada göstərilir ki, kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilir. Təbii ki, biz də ona uyğun hərəkət edəcəyik. Hazırda biz ev şəraitində elektron versiyamızda – həm saytımızda, həm də internet televiziyamız vasitəsilə fəaliyyətimizi davam etdiririk. Hesab edirəm ki, Operativ Qərargahın qoyduğu bütün şərtlərə uyğun olaraq fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Əgər kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilirsə, yəqin ki, aprel ayının 6-dan çap versiyamızı davam etdirəcəyik. Hələlik ev şəraitində, onlayn şəkildə işləyirik. Əgər qərargah fəaliyyətimizi davam etdirməyə icazə verərsə, biz də bütün mətbuat işçiləri kimi işimizə qaldığı yerdən davam edəcəyik, amma insanların sağlamlığı üçün qarşıya qoyulan bütün məsələlərə riayət etmək şərti ilə, tam diqqətlə və ehtiyatla…”

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: qəzaetlər


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Koronavirus testlərinə nə qədər güvənmək olar?

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

"Ödəniş etməyənin mağazasına özüm gələcəm" - Kəbirə Məmmədova Binə T/M-də çalışanlara "qan uddurur"

loading...

Ən çox oxunanalar