Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ancaq əmək müqaviləsi olanlara maddi yardım ediləcək - Açıqlama

"Nazirlər Kabinetinin bu gün açıqlanan təkliflər paketində müqaviləsiz, qeydiyyatsız və günəmuzd işləyənlərə yardım nəzərdə tutulmayıb"...

Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, qeydiyyatsız işləyənlərin sayı müqavilə ilə işləyənlərdən qat-qat çoxdur:

"Onlara heç bir ödəniş nəzərdə tutulmayıb. Söhbət olkə üzrə təxminən 2 milyon nəfərdən gedir. Hətta paketdə muzdla çalışanların yarısından çoxuna da şamil olunmayıb. Əmək müqaviləsi ilə işləyənlərdən 345 min nəfəri kənarda qalıb. Hökümətin açıqlamasına görə, onlar qapadılmayan sahələrdə işləyir. Söhbət bank, rabitə, tikinti və s. kimi sektorlardan gedir".

Natiq Cəfərli qeyd edib ki, orta aylıq əmək haqqı 712 manatdır:

"Orta aylıq əmək haqqı səviyyəsində maaşların ödənilməsi olacaq. Bundan artıq maas alanların əvvəlcədən aldıqları yüksək maaşa görə "təhlükəsizlik yastığı"nın olduğu deyilir. Sadə dillə desək, deyirlər, "evində pulu var, yəni belə şəxslər müvəqqəti çətinliklərə dözə bilər". Ona görə bundan artıq yardım olunacağını düşünmürəm. Bu da təxminən 300 mindən bir az çox əhalini əhatə edəcək. Hansı ki, bunlar rəsmi və əmək müqaviləsi ilə çalışırlar. Bu paket ancaq əmək müqaviləsi olan vətəndaşları əhatə edəcək".(Qaynarinfo.az)

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar