Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Koronavirusun yerini psixoloji xəstəliklər alacaq” - Psixoloqdan həyəcan təbili

Pandemiyadan sonra insanların böyük qismində psixoloji problemlərin yaranması və artması mümkündürmü?...

Psixoloq: “Bu gün pandenimiya nəinki Azərbaycanı bütün dünyanı lərzəyə gətirib. Bu virus insanların psixologiyası ilə çox yaxşı oynaya bilir”.

“Xəstəlik yoxa çıxandan və karantin müddəti bitəndən sonra insanlarda psixoloji pozuntular çox olacaq”.

Bu sözləri psoxoloq Fərqanə Fərmanqızı Azərbaycan cəmiyyətinin pandemiya qarşısında sərgilədiyi psixoloji davranışı PİA.az-a şərh edərkən qeyd edib.

Dünyanın artıq 178 ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir.

Məlumdur ki, bütün dünyada koronavirus pandemiyası bir çox problemlərə səbəb olub. O da məlum oldu ki, dünya hər şeydən əvvəl bu kimi problemlərə psixoloji cəhətdən hazır deyil.

Azərbaycan cəmiyyətinin pandemiya qarşısında sərgilədiyi psixoloji davranış barədə nə demək olar və bu davranış epidemiyanın qarşısının alınmasında ya da yayılmasında hansı rol oynayır? Ümumiyyətlə pandemiyadan sonra insanların böyük qismində psixoloji problemlərin yaranması və artması mümkündürmü?

PİA.az-ın əməkdaşı bu suallarla “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızına müraciət edib.

Fərqanə Mehmanqızı: “Kimlər ki, xəstəliyə yoluxmayıblar, xəstəlik riskinə aid deyillər onların belə psixologiyası darmadağın olub”.

Evdə olduğumuz karantin müddətində zamanımızı əlverişli keçirməli olduğumuzu vurğulayan psixoloq PİA.az-a açıqlamasında bildirib ki, müəyyən gündəlik tuta bilərik, yaxud da etmək istəyib, amma edə bilmədiyimiz işləri indi evdə edə bilərik. Bu zaman evdə sıxılmarıq, əksinə karantin zamanı müsbətə doğru getmiş olarıq:

“Bu gün pandenimiya nəyinki Azərbaycanı bütün dünyanı lərzəyə gətirib. Bu virus insanların psixologiyası ilə çox yaxşı oynaya bilir. Kimlər ki, xəstəliyə yoluxmayıblar, xəstəlik riskində deyillər onların belə psixologiyası darmadağın olub. Pandemiyanın evdə oturmaq, hər an özünə nəzarət qanunları insanlarda aqresiyaya, depresiyaya gətirib çıxarıb.

Xəstəlik yoxa çıxandan və karantin müddəti bitəndən sonra insanlarda psixoloji pozuntular çox olacaq. Yəni koronavirusun yerini psixoloji xəstəliklər alacaq. Çünki panika, ölüm fobiyası, xroniki depresiya, samatip depresiya - bunların hamısı qalıq kimi beynimizdə və cəmiyyətdə qalacaq.

Fərqanə Mehmanqızı: “Məktəblər açılanda sonra psixoloqlar siniflərdə şagirdlərə xüsusi təlimlər keçirməlidirlər”.

Amma bütün bunlarla yanaşı biz müsbətlərə doğru baxmalıyıq. Yəni gigyena şərtlərinə daha çox əməl etməyə başlamalıyıq. Evdə olduğumuz karantin müddətində zamanımızı əlverişli keçirməliyik. Müəyyən gündəlik tuta bilərik, yaxud da etmək istəyib, amma edə bilmədiyimiz işləri indi evdə edə bilərik. Bu zaman evdə sıxılmarıq, əksinə karantin zamanı müsbətə doğru getmiş olarıq.

Təbii ki, müxtəlif psixoloji problemləri olan insanlar olduğu üçün indiki ajiotaj yaşadığımız bu zamandan sonra problemlərin artması da olacaq. Gələcəkdəbir çox insanlarda müxtəlif psixoloji problemlər əmələ gələcək.

Mən əmiməm ki, biz psixoloqlar üzərimizə düşən məsuliyyəti dərk edəcəyik. Düşünürəm ki, məktəblər açılanda sonra psixoloqlar siniflərdə şagirdlərə xüsusi təlimlər keçirməlidirlər. Psixoloqlar cəmiyyəti bu haldan qurtarmağa kömək erməlidirlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar