Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hansı kreditlərə 3 aylıq güzəşt olunacaq? - İqtisadçı açıqladı

Milli Məclisin qərarı bütün kredit növlərinə, o cümlədən istehlak kreditlərinə şamil olunurmu?..

İqtisadçı-ekspert: “Milli Məclisdə qəbul edilən qanunda əslində biznes və istehsal kreditlərindən söhbət gedirdi”

“Bu qanun istehlak kreditlərinə də şamil oluna bilər. O şərtlə ki, Mərkəzi Bank və banklar hökumətlə bir yerdə bunun mexanizmlərini hazırlasınlar”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli dünən Milli Məslisdə krediti olanlara 3 ay möhlətin verilməsi ilə bağlı qəbul edilən qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Milli Məclisin dünən keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib ki, kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı.

Həmçinin Vüqar Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bu qərar bütün kredit növlərinə, o cümlədən istehlak kreditlərinə şamil olunurmu?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib. 

Natiq Cəfərli: “Həm biznes kreditlərində, həm də istehlak kreditlərində üç aylıq faizlərin hesablanması dayanmalıdır”.

Problemli kreditlərin həcmi çoxaldıqca dövlət bir neçə aydan sonra yenidən buna müdaxilə etməli olacağını düşünən iqtisasçı-ekspert PİA.az-a açılamasında əlavə edib ki, bu zaman problemin həllinə daha çox vəsait tələb olunacaq:

“Bu qərarla bağlı Nazirlər Kabinetinin və Mərkəzi Bankın hazırlanmış yanaşması olmalıdır. Çünki bu qərar açıq və aydın deyil. Milli Məclisdə qəbul edilən qanunda əslində biznes və istehsal kreditlərindən söhbət gedirdi.

Amma bu qanun istehlak kreditlərinə də şamil oluna bilər. O şərtlə ki, Mərkəzi Bank və banklar hökumətlə bir yerdə bunun mexanizmlərini hazırlasınlar.

Dünən iqtisadiyyat naziri də çıxış etdi. Bununla bağlı müəyyən çıxışlar etdi. Ayın 3-də daha detallı proqram açılmalıdır. Bu detallardan biri də bank kreditləri ilə bağlıdır. Gözləyək və 2 gündən sonra bu qərarla bağlı detallı açıqlamalar olacaq.

Natiq Cəfərli: “İnsanlar karantin şəraitində ödəniş edə bilməyəcəklər. Buna görə də bir müddətdən sonra problemli kreditlərin sayı artacaq”.

Ümumillikdə isə həm biznes kreditlərində, həm də istehlak kreditlərində üç aylıq faizlərin hesablanması dayanmalıdır. Çünki onsuz da insanlar karantin şəraitində ödəniş edə bilməyəcəklər. Buna görə də bir müddətdən sonra problemli kreditlərin sayı artacaq.

Problemli kreditlərin həcmi çoxaldıqca dövlət bir neçə aydan sonra yenidən buna müdaxilə etmək olacaq. Bu zaman problemin həllinə daha çox vəsait tələb olunacaq. Buna görə də önləyici addımlar daha ucuz başa gəlir. İndi önləyici addımların atılmasının vaxtıdır. Əgər bu addımlar atılmasa, banklarda olan problemli kreditlərin həcmi artacaq”.

Nərminə UMUDLU
pia.az

 


Etiket: kreditlər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar