Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən ciddi problem ərzağın qiymətində ola bilər” - Deputat

Koronavirusun yayılması bütün dünyada, eləcə də ölkəmizdə ərzaq məhsullarının qıtlığının yarana biləcəyi ilə bağlı təşviş və ehtimallara yol açmaqdadır...

Maraqlıdır, əgər xəstəliyin yayılması davam edərsə, o zaman doğrudan da ərzaq məhsullarının qıtlığı yarana bilərmi?

PİA.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov ölkəmizdə bir neçə aylıq ərzaq ehtiyatının mövcud olduğunu vurğuladı. Millət vəkilinin sözlərinə görə, ərzaq məhsullarının qiymətləri ilə bağlı problemlərin meydana çıxması daha çox gözləniləndir:

“Bu problemlər ümumiyyətlə mövcuddur. Biz mütəmadi surətdə bu problemlərə toxunuruq. Azərbaycan hökuməti, o cümlədən Nazirlər Kabinetinin yanıdna Operatriv Qərargah da bu işlələrlə məşğul olur. Bunlar olduqca ciddi məsələlərdir.

Aldığım məlumata görə, hələlik ölkəmizdə dörd aylıq ərzaq ehtiyatı var. Bu ehtiyat anbarlarda yerləşdirilib və kifayət qədərdir. Bu baxımdan problem olmamalıdır. Ən ciddi problem ərzağın qiymətində ola bilər. Qiymətlə bağlı da Azərbaycan hökumətinə bəzi təkliflər bidlirmişəm. Qeyd etmişəm ki, bəzi ərzaq məhsullarının qiymətini dondurmaq lazımdır. Çörək, şəkər tozu, ət və s. bu qəbildən olan məhsullardır. Bunların qiymətini dondurmağa ehtiyac var.

Ərzaq məhsullarının üzərində ciddi nəzarət təmin edilməldiir. Doğrudur, İqtisadiyyat Nazirliyi müəyyən işlər görür. Monitorinqlər aparır. Lakin bununla belə ərzaq məhsulları üzərində nəzarətin bir qədər də artırılmasına ehtiyac var”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar