Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu virus hələ 2015-ci ildə laboratoriyada hazırlanıb"- Rusiyalı yazıçı

"Çin hökuməti ilk gündən hər şeyi bilirdi"...

Rusiyada ən populyar elmi-fantastik əsərlərin yaradıcısı kimi tanınan yazıçı Leonid Kaqanovun bütün dünyanı bürüyən koronavirus epidemiyası ilə bağlı son yazısı ölkədə böyük marağa səbəb olub.

"AzPolitika.info" xəbər verir ki, fikirlərinin fantaziya deyil, real faktlara və sənədlərə əsaslandığını bildirən L.Kaqanov Rusiya mətbu orqanlarının bir çoxunda dərc edilən və geniş müzakirə olunan yazısında bildirir ki, COVİD-19 adı verilən bu virus hələ 2014-cü ildə hazırlanmağa başlayıb. Bir il sonra isə bu iş yekunlaşdırılıb.

“Ura! Bu mümkündür!”

Koronavirusun hələ 2015-ci ildə laboratoriyada yarandığını iddia edən Kaqanov yazır: “2015-ci ildə planetin ən başlıca elmi dərgisi olan “Nature”də “quru” bir məqalə dərc edilmişdi. Orada deyilirdi ki, 2014-cü ildə ABŞ-ın Şimali Karolina Universitetinin alimləri yeni araşdırmaya başlayıblar. Onlar insan üçün təhlükəli olmayan Çin yarasasından götürdükləri SHC014 koronavirusunu artıq həmin dövrdə bəşəriyyətə yaxşı məlum olan SARS virusuna keçiriblər. Bundan cəmi bircə il sonra gərgin əməyin nəticəsi olaraq, insanlar arasında epidemiya yarada bilən təzə bir hibrid meydana çıxdı. Araşdırmanın rəsmən elan olunan məqsədi bir suala cavab vermək idi ki, yarasanın virusu təbiətdə mutasiyaya uğrayaraq, insan üçün təhlükə yarada bilərmi? Bunun üçün virusun test borusunda mutasiya etməsinə şərait yaradıldı. Və nəticədə sübut etdilər – “Ura! bu mümkündür”. Əminəm ki, alimlər bu zaman səhiyyə üçün gərəkli və xeyirli araşdırma apardıqlarına inanıblar...”

Müəllif qeyd edir ki, 2015-ci ildə bu araşdırma və onunla bağlı məlumat adi insanlar üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmədiyi və diqqətə alınmadığı halda, hələ o vaxt əksər alimlər tərəfindən böyük narahatlıqla qarşılanmışdı: “Bu iş elm aləminin diqqətini cəlb etmişdi. Buna görə Amerika hökuməti təcili olaraq elə həmin 2014-cü ildə, proses davam edərkən, insan patogen infeksiyaları ilə bağlı eksperimentlərə rəsmi qadağa qoydu”.

L.Kaqanov yeni koronavirusun məhz Çinin Vuhan şəhərində meydana gəlməsini ABŞ-ın bu eksperimentlərə qoyduğu qadağa səbəbindən araşdırmaların Çinin Virusologiya İnstitutunda davam etdirilməsilə əlaqələndirir. Çünki bu institut artıq bütün dünyanın yaxşı tanıdığı Vuhan şəhərində yerləşir: “Araşdırmalara qoyulan qadağa ABŞ-ın müxtəlif qrantlarla maliyyələşdirdiyi Amerika institutlarına şamil edilirdi. Bu səbəbdən SARS-la yarasanın koronavirusunun hibridini yaradan layihənin Şimali Karolinada davam etdirilməsi mümkün deyildi. Ona görə də bu işi Çində yekunlaşdırdılar. Harada? Vuhan şəhərində yerləşən Çin Elmlər Akademiyasının Virusologiya İnstitutunda. Görünür, layihənin tamamlanmasını da Çinin Elmlər Akademiyası maliyyələşdirib...”

Müəllif layihənin məhz Çində tamamlanmasını onunla izah edir ki, bu araşdırmada bir neçə tanınmış çinli virusoloq alim iştirak edib: “Layihənin müəllifləri arasında bir neçə çinli alimin adını görmək olar, o cümlədən xanım Şi Çjen-Linin. O, bütün bu illər ərzində özünün heç də güclü mühafizə olunmayan laboratoriyasında yarasaya aid bu koronavirusun insana yoluxdurulmasının yolları üzərində durmadan çalışıb. Bu da həmin işin qanunauyğun nəticəsi: 2019-cu ilin dekabrında Vuhanda koronavirus diaqnozunu ilk olaraq elan edən məhz Şi Çjen-Li oldu. İlk etapda cəmi 27 nəfərin bu virusa yoluxduğu məlum oldu ki, bu da əslində çoxmilyonlu bir şəhər üçün əhəmiyyətsiz sayıla bilərdi. Ancaq bu yoluxanların arasında sözügedən laboratoriyanın əməkdaşının da olması vəziyyəti dəyişir...”

Uhandakı “balıq bazarı” bəhanədir...

L.Kaqanov bildirir ki, bu yeni virusun yayılmasında Vuhandakı laboratoriyanın yaxşı mühafizə olunmaması, bu tip araşdırmaların tələb etdiyi standartlara uyğun gəlməməsi əhəmiyyətli rol oynayıb. Müəllif hesab edir ki, Şimali Karolinada sırf elmi maraq xatirinə “cinayətkar axmaqlar” tərəfindən başlanılan araşdırmanın onların Çindəki “daha cinayətkar həmkarları” tərəfindən ciddi mühafizə olunmayan laboratoriyalarda davam etdirilməsi və yekunlaşdırılması hazırda yaranmış durumun əsas səbəbidir: “Sonradan çinlilər laboratoriyadakı test borularına və əməkdaşlara lazımi səviyyədə nəzarət edə bilmədilər. Və virus laboratoriya divarlarını aşaraq, “gəzməyə çıxdı”. Çin hökuməti ilk günlərdən nə baş verdiyini bilir və bunun miqyasını anlayırdı. Rusiya daxil olmaqla, bütün dünya ölkələrinin hökumətləri də bunun miqyasını yaxşı anlayırdılar. Ancaq çinlilər hər ehtimala qarşı “balıq bazarı nağılını” uydurdular - guya virus bu bazarda, özü-özünə əmələ gəlib.”

L.Kaqanov xatırladır ki, əvvəl hər şeyi Vuhandakı məlum bazarın üzərinə yıxan Çin hökuməti son zamanlar ritorikasını dəyişib və ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü rəsmən “virusun Vuhana amerikalı hərbçilər tərəfindən gətirilməsi mümkündür” deyə bildirib. Bu isə sözügedən virusun təbii yolla deyil, laboratoriya şəraitində yetişdirildiyinə dəlalət edən daha bir məqamdır. Bütün bunlar işə siyasətin qarışmasına dair ehtimalları da xeyli artırmış olur...

Müəllif xüsusi olaraq qeyd edir ki, amerikalı və çinli alimlərin sözügedən laboratoriyalarda hələ 2015-ci ildə yaratdıqları bu virusun rəsmi xarakteristikası ilə hazırda COVİD-19 adlanan koronavirusun bütün göstəriciləri tam eynilik təşkil edir.

L.Kaqanov sonda bildirir ki, məqsədin nə olmasından asılı olmayaraq, bu cür araşdırmaların, eksperimentlərin aparılması bəşəriyyətə qarşı böyük cinayətdir və bunu törədənlər hər kəsin gözü qarşısında cəzalandırılmalıdır. İnsanlar isə quraqlıq, qlobal iqlim dəyişikliyi, qasırğalar, okean səviyyəsinin qalxması, daşqınlar və sair bu kimi kataklizmlərdən daha çox məhz süni yolla yaradılan virusların bəşəriyyət üçün yaratdığı və yaradacağı təhlükələrə diqqət yetirməlidirlər...

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar