Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib...

Vüsal Hüseynov şəxsi “Facebook” hesabı vasitəsilə paylaşım edərək bildirib ki, Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı beş məsələ nəzərə alınmalıdır.

Həmin məsələlər bunlardır:

1. Hər hansı müraciət, rüsum ödənişi, hazır sənədin götürülməsi, məlumat əldə edilməsi üçün Qəbul şöbələrinə mümkün olduğu qədər yaxınlaşmayın.

2. Dövlət rüsumu hər hansı bank kartı ilə və ya marketlərdə və digər ictimai yerlərdə olan ekspress pay ödəniş terminalları vasitəsilə ödənilə bilər.

3. Ödəniş etdikdən sonra müddətinin uzadılması barədə qərarı (sənədi) və ya digər icazə sənədlərini gəlib götürmək zərurəti yoxdur. Bu sənədlər olmadığı təqdirdə belə ölkəni tərk edə bilərsiz və inzibati məsuliyyət (cərimə tətbiq) edilmir.

4. Elektron xidmətlərdən istifadəyə diqqət yetirin. Xidmətlər rahat istifadə edilməsi üçün mümkün qədər asanlaşdırılıb və bu proses davam edir.

5. Dövlət Miqrasiya Xidməti hər gün işləyir, 919 Çağrı Mərkəzi fasiləsiz rejimdə fəaliyyət göstərir. Hər hansı sual, çətinlik olarsa zəng edin, elektron qaydada, Xidmətin ünvanına və ya sosial şəbəkə hesablarına yazın, məlumat verin.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar