Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həbsxanada koronaviruslu xəstə yoxdur”

Əliməmməd Nuriyev cəzaçəkmə müəssisələrində karantin qaydalarına necə əməl olunduğunu açıqladı

Dünyanı silkələməkdə olan koronavirus pandemiyası hökumətləri operativ tədbirlər görməyə, vətəndaşların ölümcül xəstəliyin cənginə düşməkdən xilas etməyə səfərbər edib. Azərbaycanda koronavirus pandemiyasının önlənməsi üçün Operativ Qərargah yaradılıb və müvafiq addımlar atılır. Belə addımlar çərçivəsində 260 məhkum artıq cəzadan azad olunub. Bununla belə, azad olunanların sayının daha da artmasını istəyən xeyli məhbus ailələri var.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, koronavirus pandemiyası şəraitində Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyinin bütün strukturlarında müvafiq tədbirlər görülür: “Fəaliyyət rejimi sərtləşdirilib, işçi qrupları yaradılıb. Cəzaçəkmə yerlərində ictimai təşkilatların təmsil olunduğu monitorinq qrupları da monitorinqlər aparır. “Konstitusiya”  Araşdırmalar Fondu və digər vətəndaş cəmiyyəti təşkilatlarının apardıqları monitorinqlər zamanı bütövlükdə cəzaçəkmə yerlərində xüsusi karantin rejiminə necə əməl olunmasına  aydınlıq gətirilib. Bu gün əminliklə deyə bilərik ki, sovqat və görüş tam məhdudlaşdırılıb. Əməkdaşlar ciddi yoxlamalardan sonra içəri buraxılır. Cəzaçəkmə müəssisələrinin bütün ərazisi- həyətlər, yeməkxanalar, koridorlar dezinfeksiya  olunub. Bakı İstintaq Təcridxanası və digərində dezinfeksiya işlərini görülür. Görülən işlərlə bağlı hər gün 2 dəfə  Ədliyyə Nazirliyinə və Operativ Qərargaha məlumat verilir”. 

Əliməmməd Nuriyev bildirib ki, bu gün Azərbaycanda  Cəzaçəkmə Müəssisələrində 3500 nəfər əməkdaş xidmət aparır: “Hər bir əməkdaş gündəlik olaraq tibbi müayinədən  keçirilir.Bu günə qədər aparılan müayinələr zamanı 40 nəfər əməkdaşda hərarət müəyyən olub. Hərarəti normadan artıq olan əməkdaşlar işə buraxılmır. Onlardan koronavirus testi götürülüb. Götürülən testlər mənfi çıxıb. Məhkumlar tərəfindən müraciətlər dərhal yoxlanılır. Sosial şəbəkələrdə yayılan məlumatlar, məhkumların yaxınlarının müraciətləri də yoxlanılır”.

Əliməmməd Nuriyev bildirib ki, yoxlamalar zamanı 15-dən yuxarı məhkumda hərarət bir qədər artıq olub: “Həmin məhkumlar dərhal izolyasiya  olunublar. Onlardan  yaxmalar götürülüb. Heç bir məhkumda koronavirus aşkar olunmayıb. Hər gün məhkumlar 2 dəfə yoxlanılır. Çox sərt şəkildə karantin rejiminə əməl  olunur. Bu gün  Azərbaycandakı heç bir cəzaçəkmə müəssisəsində koronaviruslu xəstə yoxdur”.

Əliməmməd Nuriyev deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər davam etdirilir: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq məsafənin saxlanılması məsələsi gündəmdədir. Videokonfranslar vasitəsi ilə məhkumların müraciətləri yoxlanılır və müvafiq təqdimatlar verilir. Novruz bayramı günlərində  200 məhkum azad olunub. Məhkəmələr videokonfranslar vasitəsi ilə məhkumların azad edilməsini təmin edir. Bu prosesin genişləndirilməsi üçün resurslar var. Xüsusilə ağır cinayət törətməyən şəxslərin də azad edilməsi məsələsi gündəmdədir. Az ağır cinayətlər, nəqliyyat qəzalarına görə məhkum edilmiş şəxslərlə bağlı  cənab nazirin göstərişi var ki, qanunvericiliyin tələbinə uyğun azad edilməsi üçün işlər görülsün. Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrində cəzasının yarısını çəkmiş şəxslərin azad olunması da gündəmdədir. Son günlərdə hətta qanunvericilik imkan verirsə, 2 il cəza müddəti qalmış şəxslərin də azad olunması üçün tədbirlər görülür. Cəzaçəkmə müəssisələrində seyrəlmənin təmini üçün addımlar  atılır”.

Müsahibimiz  deyib ki, cəzaçəkmə müəssisələrində  qidalanma və səhiyyə məsələlərinə ciddi diqqət göstərilir:

“Son məlumatlara görə, 60-a yaxın məhkum azad edilməklə ümumilikdə azad olunan məhkumların sayı 260-a çatdırılıb. Təhlillər aparılır ki, mümkün qədər çox məhkum azad olunsun ki, seyrəlmə baş versin. Xüsusilə ağır cinayət törətmiş şəxslərin azad edilməsi məsələsi nəzərdən keçirilimir. Bununla belə, yaşlı, xəstə məhkumların işləri də öyrənilir”.

Amnistiya və  əfvə gəlincə, müsahibimiz bunları deyib: “Ramazan, Respublika, Günü  ilə bağlı humanizm və mərhəmət institutu tətbiqi zərurəti var. Azərbaycanda bütövlükdə 18 minə yaxın məhkum var. Həbs qətimkan tədbirlərinin sayı 40-45 faiz azalıb. 1 aya qədər həbs cəzası olan inzibati xətalarla bağlı da bir qədər ara verilib. Amma ucdantutma hər kəsi azad etmək məsələsi nəzərdən keçirilmir”.

Mehman Sadıqov: `Şöbə rəisi təyin olunmuşam`

“Məhkumların azadlığa buraxılması prosesi intensiv davam etdiriləcək” – bu sözləri APA-ya açıqlamasında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Bu günədək 200 məhkumun vaxtından əvvəl azadlığa buraxıldığını qeyd edən M. Sadıqov bu prosesin gələcəkdə də davam etdiriləcəyini deyib. Qeyd edək ki, martın 26-da 200 məhkum azadlığa buraxılıb. Ədliyyə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Məlumatda deyilib ki, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır: “Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib. Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.  Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hüquq müdafiəçiləri məhkumların azad edilməsi üçün prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərova məktublar ünvanlayıblar. Xahiş ediblər ki, cəza müddətinin bitməsinə az qalmış məhkumların, xəstə məhkumların, siyasi məhbusların azad edilmələrinə göstəriş verilsin.

Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxması halları hər ötən gün artır. Yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.  Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 29-na olan məlumatına görə ölkədə 190 koronavirus nfeksiyasına yoluxma faktı qeydə alınıb.

pia.az


Etiket: Həbsxana


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar