Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir" - Siyavuş Novruzov

“Azərbaycan Ordusu bu gün ən yaxşı texnika ilə təmin olunub”...

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, bu texnikalar mütəxəssislər tərəfindən istidfadə olunmalıdır: “Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27%-dir. Həm də indi əksəriyyət hərbi xidmətə könüllü gedir. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.

S. Novruzov deyib ki, “Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olanlar hərbi xidmətə çağırılmır: “Yəni möhlət verilir. Əvvəllər bu, iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşaq qoyan şəxsin cəbhədə fikri ailəsində olacaq. Ona görə də iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir".

Siyavuş Novruzov “Alternativ hərbi xidmət haqqında” qanunun da müzakirəsi üzərində düşünməyin vacib olduğunu diqqətə çatıdırıb. (Pravda.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar