Çərşənbə axşamı, 26 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dövlət Agentliyinin vəzifələri müəyyənləşdi

Dövlət Ekoloji Ekspertiza Agentliyinin vəzifələri müəyyənləşib...

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Agentliyin vəzifələri aşağıdakılardır:

- müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, hazırlanmış layihələrə dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;

- qanunla müəyyən olunan hallarda dövlət ekoloji ekspertizasının obyektləri üzrə dövlət ekoloji ekspertizasını aparmaq;

- şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə rəy vermək;

- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna müvafiq olaraq nəzərdə tutulan fəaliyyətlə məşğul olan müəssisələr üzrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), habelə ekoloji pasport) vermək;

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə vermək;

- su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə vermək;

- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə vermək;

- yaşıllığın götürülməsinə dair rəy vermək;

- istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükünə lisenziya verilməsinə dair rəy vermək;

- mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılması, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsi və başqa biotexnoloji məhsulların istehsalına dair rəy vermək;

- Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair sənədlərə rəy vermək;

- ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və təşkilatların reyestrinin aparılmasını və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərə ixtisas attestatının verilməsi üçün Nazirliyə təkilflər vermək;

- dövlət ekoloji ekspertizası fəaliyyətini təşkil etmək və inkişaf etdirmək məqsədilə bu istiqamətdə mərkəzlərin və digər təsisatların (infrastrukturun) yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təkliflər vermək;

- müvafiq sahə ilə bağlı innovativ layihələrin (o cümlədən startapların) istifadə imkanını araşdırmaq və təkliflər vermək;

- “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılmasına aidiyyəti üzrə razılıq vermək;

- irihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün Ekspert Komissiyası yaratmaq;

- müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək.

Agentliyin ilkin nizamnamə fondu 2 milyon manat müəyyənləşib.  Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, dövlət ekoloji ekspertizasına görə ödənilən haqdan, Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitindən, Agentliyin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyil.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il tarixli fərmanı ilə Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın"- Professorla deputat arasında qalmaqal

İsmayıllıda “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?

Əbülfəs Qarayev mətbuat katibinə ev bağışlayıb, tapşırıb, Vüqar Səfərli də birini verib

"İcra başçısının ingiliscə biabırçı danışması faciə deyil, dərd başqadır..."

Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

Türkiyə Azərbaycanla uçuşları bu tarixdən bərpa edir

Deputatın vitse-prezident olduğu şirkətdə yüzlərlə vətəndaş işsiz qaldı

“Şalvardır da, çılpaq gəzmirik ki...” - Xalq artisti - Video

Əkrəm Həsənov: "Təyin olunana işləməyə imkan verilməlidir, sındırmaq olmaz"

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - Yenilənib

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay