Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mer: Moskvada koronavirusla bağlı vəziyyət yeni mərhələyə keçib

Bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda yazıb...

"Moskvada artıq 1000-dən çox yoluxma halı qeydə alınıb. Heç kəs bundan sığortalanmayıb. Buna misal İtaliya və İspaniyanın bədbəxt şəhərləri, eləcə də Nyu-Yorku göstərmək olar, hamının gözü önündə hər gün onlarla, yüzlərlə insan ölür".-deyə S. Sobyanin bildirib.

Moskva meri paytaxt sakinlərinə hökumətin evdə qalmaqla bağlı çağırışına əməl etdiklərinə görə təşəkkürünü də bildirib.

S. Sobyanin xüsusi karantin rejiminin ilk günü olan 28 mart tarixində Moskva sakinlərinin sosial məsafə mexanizmimə riayət etdiklərini də açıqlayıb. Onun sözlərinə görə, adi şənbə günlərindən fərqli olaraq ötən şənbə Moskva metrosundan istifadə edən sərnişinlərin sayı üç dəfə, yerüstü nəqliyyatdan istifadə edənlərin sayı isə iki dəfə azalıb.

Qeyd edək ki, Rusiya Nazirlər Kabineti yanında Koronavirusla bağlı Operativ Qərargahın son məlumatına əsasən, ölkə ərazisində COVİD-19 virusuna yoluxanların sayı 1534-ə çatıb. Onlardan 1014 nəfəri Moskvada qeydə alınıb. İndiyə kimi 8 nəfər bu virusdan ölüb. Rusiyanın bütün regionlarında xüsusi karantin rejimi tətbiq olunub.(apa)

pia.az


Etiket: Sergey Sobyanin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar