Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli futbolçulardan örnək davranış: "Evdə qalın, ehtiyaclarınızı biz ödəyərik"

Türk futbolçular koronavirus epidemiyası ucbatından çıxılmaz vəziyyətə düşmüş ailələrə öz imkanları daxilində xeyriyyəçi addımlar atmaq qərarı veriblər...

Musavat.com sporx.com saytına istinadən xəbər verir ki, Arda Turan, Burak Yılmaz və Emrə Çolak koronavirus epidemiyası ilə bağlı aciz duruma düşmüş ailələrin ev kirayələrini ödəyəcəklər.

İngiltərədə legioner həyatı yaşayan Cenk Tosun 250 ailənin 2 aylıq ərzaq ehtiyaclarını ödəyəcək.

İrfancan Kahfeçi ehtiyacı olan 1000 ailənin ərzaq təminatını öz üzərinə götürüb.

Ümid Meraş 200 ailənin, rizəsporlu futbolçu Orxan Ovacıqlı 40 ailənin qida paketini təmin edəcəklər.

Fənərbaxçanın 19 yaşlı qapıçısı Altay Bayındır 1000 ailənin ərzaq ehtiyaclarını ödəyəcək.

Yuventusda çıxış edən Merih Demiral 2000 ailəyə ərzaq yardımı edəcək.

Beşiktaşın gənc hücumçusu Ümit Nair fənərbaxçalı Altay Bayındırı örnək alaraq, 1000 ailənin ərzaq ehtiyaclarını qarşılamaq qərarı verdiyini açıqlayıb.

Qaziantepsporun futbolçusu Furkan Soyalp da 1000 ailəyə ərzaq yardımı edəcək.

Qalatasaray klubunun ikinci qapıçısı Okan Kocuk 1000 ailəyə ərzaqla dəstək olacaq.

Qalatasarayın gənc yarımmüdafiəçisi Taylan Antalyalı da komanda yoldaşına qoşulub: "Mən də bu kampaniyada sonuna varam, qardaşım. 1000 ailənin ərzaq ehtiyacının qarşılanması da mənim boynumun borcudur.

Maliyyə problemləri ilə boğuşan, aylarla maaş ödəyə bilməyən Ankaragücü klubunun təcrübəli futbolçusu İlhan Parlaq da 1000 ailənin ərzaq təminatını öz üzərinə götürüb.

Maraqlıdır ki, türk futbolçuların bu xeyriyyə kampaniyası intensiv şəkildə genişlənməkdə davam edir.

Futbolçuların bu xeyriyyə aksiyası qarşılığında yeganə xahişi ərzaq dəstəyi alan ailələrin hər bir üzvünün evdə qalmasıdır: "Lütfən, evinizdə qalın... Ərzaq ehtiyaclarınızı isə biz ödəyərik".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar