Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəfələrlə icra hakimiyyətinə getsək də, qapıdan içəri buraxmayıblar...”

“7 nəfərlik ailə mənim pensiyamla dolanır. 4 nəvəm var, üçü azyaşlı, biri yeniyetmədir. Başqaları kimi qarındolusu yeyə, gözudolusu geyinə bilmirlər. Adam baxanda ürəyi parça-parça olur”...

PİA.az bildirir ki, 80 yaşlı Zəhra Əliyeva Saatlı rayonu, Mais Əliyev küçəsinin sakinidir. Həmin ünvandakı birotaqlı evdə oğlu, gəlini və dörd nəvəsi də onunla bərabər yaşayır. Deyir, oğlunun ayaqları tutulandan ailə ehtiyac içindədir, elə gün olur ki, çörək də tapmırlar.

“Oğlum əvvəllər işləyirdi, avtobus sürürdü, yaxşı-pis ailəni dolandırırdı. Sonra ayaqları tutuldu, yeriyə bilmir, əmək fəaliyyəti ilə məşğul olmur. Elə gün olur ki, yeməyə yavan çörək də tapmırıq, axşama kimi birtəhər günü ac qarına yola verib, axşam yatırıq. Ən çox da uşaqlara ürəyim ağrıyır, onların indi yeyib, inkişaf eləyən vaxtlarıdır, ancaq çöhrələri solğun, əlləri ağappaq, buz kimi, qan faizi aşağı, vitamin yox... Hərdən adam fikirləşir ki, Allah bundan betərindən saxlasın, ancaq məncə bu, elə hər şeyin ən betəridir, bundan o tərəfi yoxdur”, - ana deyir.

Zəhra Əliyeva deyir, 7 nəfərin sığındığı o bir otaq da qəzalı vəziyyətdədir, hökumət nümayəndələri dəfələrlə gəlib evi siyahıya alsa da, heç bir nəticəsi olmayıb: “Bu ərazilərdə çoxu evini o vaxtlar palçıqdan tikib. Kür-Araz daşqınları vaxtı sel-su altında qalmasa da, o hadisələrin bizim evlərə də zərəri toxundu, evlər qəzalı vəziyyətə düşdü. Evin divarı ortadan yarılıb. İcra hakimiyyətinin, Fövqəladə Hallar Komisiyyasının üzvləri gəlib bu ərazidəki evlərə baxdılar, dedilər, Prezidentin tapşırığı var, bircə dənə də palçıq ev qalmayacaq, hamısı sökülüb yerində daş evlər tikiləcək. Hətta Bakıdan da gəlib baxmışdılar. Məktub da almışdıq ki, tezliklə ev tikiləcək. Qonşuda iki evi olanın palçıq evini söküb daş ev tikdilər, ancaq biz qaldıq. Kim pul verdisə, gəlib ona daş ev tikdilər, kim pulunu vermədisə, palçıq evdə qaldı”.

Zəhra xanım deyir, palçıq ev həm onun, həm də ailə üzvlərinin səhhətində ciddi problemlər yaradıb: “Ailəlikcə revmatizmadan əziyyət çəkirik, ayaqlarımız ağrayır, nəmişlik canımıza hopub, böyük nəvəmin 18 yaşı olacaq, bu palçıq evdən çıxarıb vətəni qorumağa aparacaqlar. Oğlumun ayaqları tamamilə tutulub, yeriyə bilmir. Uşaqlar ilin çox vaxtını xəstələndikləri üçün evdə qalırlar, məktəbə gedə bilmirlər. Mənim 250 manat pensiyamın çox hissəsi dərmanlarımıza gedir. Sabah başımı yerə qoysam, o pensiya da kəsiləcək, bu tifillərin aqibəti necə olacaq, bilmirəm”.

Zəhra xanımın oğlunun əmək fəaliyyəti ilə məşğul olmaq imkanı yoxdur, gəlini isə iş üçün tez-tez dövət qurumlarına üz tutub, ancaq münasib iş tapa bilməyib: “Dəfələrlə icra hakimiyyətinə gedib, başqa idarələrə müraciət edib, ancaq qapıdan içəri buraxmayıblar. Deyirlər, rayonun yarısından çoxu işsizdir, sənə hardan iş verək... Gəlinimə iş verilməsə, vəziyyətimiz bundan da ağır olacaq. Demirik ki, süfrəmizə ciblərindən çörək alıb qoysunlar. Dövlətin bir manatını da istəmirik, iş versin, camaat işləyib, çörəyinin pulunu qazansın, balasını böyütsün”. (dia.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar