Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ildə abituriyent qəbulu olmasa bütün məzunlar hərbi xidmətə gedəcək?

2020-ci il abituriyent qəbulu olmazsa, təhsildə və hərbi mükəllifəyitdə hansı problemlər yarana bilər?...

Təhsil eksperti: “Tədrisdə tətil elan olunduğuna görə narahatlıq doğru bilən siniflər 9 və 11 – ci siniflərdir”

“Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 ora məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov koronavirusa görə ölkədə təhsil müəssisələrinin bağlanmasını və onlayn təhsil sisteminə keçilçəsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi koronavirusa görə ölkədə təhsil müəssisələri bağlanılıb və onlayn təhail sisteminə keçilib. Dünən isə Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu təxirə saldı.

Digər bir problem isə gənclərin hərbi xidmətə çağrılması ilə bağlıdır. Universitetlərə qəbul olmazsa, oğlan məzunların hamısının hərbi xidmətə çağrılması qanunla vacib olacaq.

Bu problem barədə nə demək olar və Təhsil Nazirliyi bununla bağlı hansı addımlar ata bilər? Ümumiyyətlə görünən budur ki, bu il qəbul imtahanlarının keçirilməsi böyük sual altındadır. 2020-ci il abituriyent qəbulu olmazsa, təhsildə hansı problemlər yarana bilər?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Bütün hallarda hətta oktyabr və noyabr ayları olsa belə, qəbul imtahanları keçiriləcək”.

Hal-hazırkı qanunvericiliyə görə 18 yaşı tamam olmuş və sağlam oğlan uşaqlarının müddətli hərbi xidmətə çağırıldığını xatırladan təhsil eksperti 11-ci sinif şagirdlərinə bütün imtahan və qəbul prosesi başa çatana qədər hərbi xidmətdən möhlət hüqununun veriləcəyini düşündüyünü qeyd edib:

“İlk növbədə qeyd edim ki, tədrisdə tətil elan olunduğuna görə narahatlıq doğru bilən siniflər 9 və 11 – ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Düzdür əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda-mart ayının 20-nə, tətilə görə isə 27-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olmamalı idi.

Digər tərəfdən isə kurikulumun tələbinə görə şagird də həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqıar yaradılmalıdır və həmin bacarıqlar 10-15 gün ərzində unudula bilməzdi. Lakin ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 ora məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir.

Kamran Əsədov: “Tədris prosesinin pozulması buraxılış sinif və kurslarında təhsil alanların işini çətinləşdirir”.

Tədris prosesinin pozulması buraxılış sinif və kurslarında təhsil alanların işini çətinləşdirir. Onlarn iyun və oktyabr ayında hərbi xidmətə çağırılacağını nəzərə alsaq, xüsüsi hal kimi onlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Hal-hazırkı qanunvericiliyə görə 18 yaşı tamam olmuş və sağlam oğlan uşaqları müddətli hərbi xidmətə çağırılırlar. Amma 11 sinif şagirdlərinə bütün imtahan və qəbul prosesi başa çatana qədər hərbi xidmətdən möhlət hüqununun veriləcəyini düşünürəm.

Bütün hallarda hətta oktyabr və noyabr ayları olsa belə, qəbul imtahanları keçiriləcək. Bu həyata keçirilməsə, müəyyən spesifik ixtisaslar üzrə sonradan kadr çatışmazlığı yarana bilər. Bu eyni zamanda ali təhsil müssisələrinin normal iş rejimini də pozar”.

Nərminə UMUDLU
pia.az


Etiket: DİM

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar