Milli Məclis yanında Toponimiya komissiyasının üzvlüyünə namizədlərin adları müəyyən olunub...
PİA.az-ın əldə etdiyi məlumata görə, Toponomiya komissiyasının üzvlüyünə deputat namizədlər siyahısına Nizami Cəfərov, İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Musa Quliyev daxildir.
Komissiyanın deputat olmayan üzvlüyünə namizədlər isə aşağıdakılardır:
Elmir Ələkbərov, Möhsün Nağısoylu, Ramiz Məmmədov, Qara Bəşirli, Mahirə Abbasova, İlkin Abbasov.
Məsələ Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, beşinci çağırış Milli Məclisdə Toponimiya komissiyasının sədri İsa Həbibbəyli olub. (Oxu.Az)
pia.az