Şənbə, 11 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ekologiya Nazirliyi Lerik, Yardımlı və Cəlilabad meşələrini məhv edir - Fotolar

Ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin elan olunması fonunda cənub rayonlarında meşələrin məhv olunması prosesi daha da intensivləşib

AzToday.az-a daxil olan məlumatlara görə, meşə təsərrüfatını mühafizə etməli olan qurumların rəhbər şəxsləri merkantil maraqlarını güdərək, nadir ağac növləri ilə zəngin olan cənub meşələrini məhv edirlər.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsi və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbər şəxsləri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən tapşırıq əsasında bu qanunsuzluqları etməkdədir. Bu məsələdə nazirliyin Meşələrin Mühafizəsi və İnkişafı Departamentinin rəhbəri Ağaqardaş Qaraşovun və nazir müavini Firdovsi Əliyevin adı xüsusi ilə hallanır.

AzToday.az-a daxil olan məlumatlarda qeyd olunur ki, cənub rayonlarının meşələri ilə bağlı vəziyyət o həddə çatıb ki, hətta ekologiya işçilərinin əksər hissəsi kütləvi şəkildə ağacların kəsilməsinə etiraz etiraz edirlər. Ən dəhşətli məqam isə müşə qırıntıları ilə bağlı şikayət edən vətəndaşlara hədə-qorxu gəlinməsi ilə bağlıdır. Belə ki, ekologiya naziri Muxtar Babayevə və aidiyyati dövlət qurumların edilən müraciətlərdən sonra şikayətçilərə təzyiqlər olunub.

Şikayətlərdə həmçinin bildirilir ki, Lerik, Lənkəran, Yardımlı, CəlilabadMasallı meşələrindən mebel sexlərinə də işlik materiallar daşınır.

Cəlilabaddan daxil olan məlumatlarda bildirilir ki, Cəlilabad Meşəbəyliyinin 9, 11, 12, 13 saylı meşə dolaylarının hamısında bu günlərdə qırıntılar olub.

Həmin görüntüləri təqdim edirik:

Yardımlı meşələrində isə bu günlərdə həyata keçirilən qırıntıları gizlətmək üçün kəsilən ağac kötüklərini yandırmaqla izi itirməyə çalışıblar:

Lerik meşələrində isə vəziyyət daha dözülməzdir. Belə ki, Lerik meşələrindən hətta Bakıya və xarici ölkələrə də da işlik materialların daşındığı bildirilir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Ağac


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Eldar Mahmudov komandası at oynadır: Karantini pozan Milli Məclis işçisinin gizlinləri

Fonda 100 min manat ianə köçürən şəxs nazir müavinin oğlu imiş - Foto

Milli Məclisin İşlər İdarəsi qohumbazlıq prinsipi ilə idarə edilir - İddia

Çin ABŞ-ın varisi ola biləcək, yoxsa sonu Sovet İttifaqına bənzəyəcək?..

Nazirlik məlumat yaydı - Pensiya alanlara şad xəbər

Milyarder Göyçayda insanlara ərzaq payladı, yardımı almağa gedənlər cərimələndi

Firudin Hacıyev İşlər İdarəsini qohumbazlıq prinsipi ilə idarə edir

Koronavirus pandemiyası avtoritaizmi gücləndirir...

Avropa ölkələrində köməksiz qalan tələbələrimiz - Onların taleyi ilə kimsə maraqlanırmı?

loading...

Ən çox oxunanalar