Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər cür imkanları var, amma virusa birnci onlar yoluxurlar

Dünyada baş alıb gedən koronavirus bəlası hər kəsin həyatına, fəaliyyətinə və psixoloji vəziyətinə sirayət edib

Lakin burada diqqət çəkən məqam varlı insanların, əsasən də idman və şou-biznes dünyasında olan çox sayda şəxslərin virusa yoluxması ilə bağlıdır.

Musavat.com xəbər verir ki, bu məsələ xarici mediada ən çox müzakirə edilən mövzulardandır.

Məlum olduğu kimi, Hollivud ulduzlarından ilk dəfə Tom Henks və onun xanımı Rita Uilson COVİD-19 virusunu daşıdıqlarını bildirən ulduzlar olublar. Maraqlıdır ki, Tom Henks məhz ondan qaçmaq üçün Avstraliyaya gedirmiş. Hazırda müalicəsi bitən ulduz cütlük Avstraliyadakı evlərində qalırlar.

Henkslərdən başqa aktyor İdris Elba və xanımı, aktrisa Olqa Kurilenko, məşhur tenor Plasido Dominqo kimi tanınmış simalar infeksiyaya məruz qalanlar sırasındadır. İdris Elba ümumiyyətlə heç bir simtom hiss etmədiyini, Olqa Kurilenko isə artıq yaxşılaşmağa başladığını bildirib. Lakin Avropanın köklü zadəganları, Monako şahzadəsi Albertlə, Böyük Britaniya taxtının varisi Çarlzın da virusa yoluxması təəəccüb doğurmaya bilməz.

Bundan başqa, biz virusa yoluxan məşhur isimlər arasında futbol dünyasından “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin, klubun birinci vitse-prezidenti Əbdürrəhim Albayrakın, İtaliyanın futbol əfsanəsi Paolo Maldininin və başqalarının adlarını çəkə bilərik.

Buna görə də ağla gələn ilk sual sağlm qidalanma və yaşayış üçün hər cür şəraitə malik bu insanların hansı səbəbdən infeksiyaya məruz qalmasıdır.

Vaşinqton Üniversitesinin eksperti Karl Berqtromun fikrincə, bunun əsas səbəbi sosial həyat tərzindədir.

Türkiyənin “Hürriyet” qəzetinin verdiyi xəbərə görə, “Fast Company” adlı internet saytının suallarına cavab verən Karl Berqstrom məşhurların bilindiyinin əksinə digər insanalarla daha çox təmasda olduğunu söyləyib. “Həmin şəxslər olduqca çox səyahət edir və başqa adamlarla görüşürlər. COVİD-19-un yoluxma şəbəkəsi isə məhz sıxlıq içində daha çox meydana gəlir və zirvəsinə çatır. Bu da epidemiyanın yayılmasının qarşısının alınması üçün “sosial məsafənin qorunması” məsələsində edilən xəbərdarlıqların nə dərəcədə haqlı olduğunu göstərir”,-deyə Karl Berqstrom qeyd edib.

Virusun ortaya çıxardığı başqa bir maraqlı məqam ölüm sayılarında kişilərin qadınlara nisbətən daha çox üstünlük təşkil etməsi ilə bağlıdır.

Epidemiyanın minlərlə insanın canını aldığı İspaniyanın III Karlos Səhiyyə institutunun araşdırması olduqca maraqlıdır.

Konkret olaraq İspaniyada ən çox 80 yaşın üzərində, kişi cinsinə mənsub, əsasən ürəklə bağlı problemlər yaşayan şəxslər dünyasını dəyişirlər. Virusa yoluxma vaqiələrinin təqribən 52%-ni kişilər, 48%-ni isə qadınlar təşkil edir. Lakin ölüm sayı kişilərdə qadınlardan qat-qat çoxdur.İ

İspaniyanın Səhiyyə nazirliyinin koordiansiya mərkəzinin rəhbəri doktor Fernando Simon virusun bəlli risk qruplaırna, xüsusilə də yüksək təzyiqi, şəkər xəstəlyi, ürək-damar problemləri olanlara daha çox təsir etdiyini, adı çəkilən xəstəliklərin isə ən çox kişilərdə görüldüyünü, məhz bu səbəbdən koronavirusun əsas qurbanlarının da güclü cinsin nümayəndələri olduğunu deyib.

pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar