Şənbə, 11 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Natiq Cəfərli: “2008-ci ildən fərqli olaraq, hazırda real sektor çöküb”

Sinqapurda 11 faizə yaxın iqtisadi azalma qeydə alınıb

Dünyada bir çox iqtisadiyyat analitikləri bu gün baş verən böhranı 2008-ci il böhranı ilə müqaisə edirlər. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu, çox səhv yanaşmadı, çünki bu gün baş verən proseslər daha dərin, daha ağır fəsadlar yaradır, dünya iqtisadiyyatına çox böyük qalıcı zərbələr vurur.

Ekspert bildirir ki, 2008-ci ildə baş verən hadisə maliyyə böhranı idi: “Yəni maliyyə bazarlarını xilas etmək lazım idi, bu gün baş verənlər isə real sektorun böhranıdır – bu çox ciddi fərqdir, izah etməyə çalışacam. 2008-ci ilin sentyabr ayının 15-də “Lehman Brothers” investisiya bankı özünü müflis elan etdi, bu domino effekti yaratdı, ard-ardına banklar, investisiya fondları çökməyə başladı. O zaman böhrandan öncə 2007-ci ilin sonunda FED-in uçot dərəcəsi 4,25 faiz idi, 2008-ci ildə böhran başlayan kimi FED uçot dərəcəsini salmağa başladı, ilin sonunda isə demək olar ki, sıfırladı. Bundan başqa, 4 trilyon dollarlıq təşviq paketi açıqladı, bazarlara, birjalara, banklara çox aşağı faizlə dollar səpdi. Bundan başqa, FED özü birbaşa qiymətli kağızlar alaraq bankları, maliyyə sektorunu ayaqda tutdu. O zaman ABŞ-a paralel olaraq Avropa Birliyi dövlətləri, Çin, Yaponiya (həm Mərkəzi Banklar, həm də hökumətlər) da təşviq paketləri qəbul etdilər – o zaman dünya üzrə qəbul edilən təşviq paketlərinin həcmi 7 trilyon dollar oldu. Beləliklə, ABŞ və digər dünya liderləri cəmi bir ilə böyük həcmdə təşviq proqramları ilə dünya iqtisadiyyatını xilas etdilər, artıq 2009-cu ilin yazın sonunda maliyyə bazarları özünə gəldi, böhran arxada qalmağa başladı”.

Natiq Cəfərli qeyd edir ki, bu gün baş verənlər pulla həll olunacaq məsələ deyil: “Real sektor durma nöqtəsinə gəlib. Ən pisi də odur ki, FED, AB, Çin, Yaponiya əllərində olan bütün “silahları” dərhal masaya düzdülər – yəni bundan çox nəsə etmək mümkün deyil. ABŞ-da FED və hökumət 6 trilyon dollar təşviq açıqladı, AB ölkələri və digər dövlətlərin də birgə təşviq paketləri 6 trilyon dollardan çoxdur – toplamda bu gün dünya banklara, birjalara, bazarlara 12 trilyon dollar səpib, dünyanın keçən il toplam ÜDM-i isə 86 trilyon dolar olub. Yəni bundan artıq nə Mərkəzi Banklar, nə hökumətlər dünya iqtisadiyyatına əlavə pul səpə bilməz, amma görürük ki, belə böyük təşviq rəqəmlərinə baxmayaraq, birjalar özünə gəlmir, düşmə davam edir. Səbəbi çox sadədir: Dünya evə qapanıb, tələb düşüb, ticarət dövriyyəsi yerlərdə sürünür. Dünyada iqtisadi aktivliyin ən obyektiv göstəricilərindən biri neft istehlakıdır – bu gün dünyada neft istehlakı 25 faizə yaxın düşüb, bu, çox böyük və önəmli rəqəmdir.

Daha sadə dillə izah etsək, dünyada turizm sıfırlanıbsa bu özü azı 12 iqtisadi sahəni sıfırlayır, ən çox xidmət sahəsi çöküb, dünya ÜDM-nin böyük bir qismi isə məhz xidmət sahəsidir. Amma tək xidmət sahəsi deyil, qeyri-ərzaq istehsalı, istehlakı da çöküb – satışlar durma nöqtəsinə gəlib. Bu iki önəmli sahə (istehsaldan başlayaraq satışa qədər) dünya ÜDM-nin lokomotivi, iş potensialı yaradan ən önəmli sahələrdir. Ölkələr göydən pul səpsələr də real sektorda olan böhran bununla düzəlmir – ona görə əvvəldə qeyd etdim ki, 2008-ci il böhranı ilə fərq fundamentaldır.

Dünya iqtisadiyyatını nə gözləyir, sualına ən yaxşı cavab dünən Sinqapurdan gəldi – bu ölkədə statistika tam elektronlaşdırılıb, kölgə iqtisadiyyatı sıfıra yaxındır, əsasən xidmət (birja da xidmət sahəsidir) və turizm üzərində qurulmuş iqtisadiyyatı var. Dünən dünyada ilk olaraq məhz Sinqapur 1-ci rübün iqtisadi rəqəmlərini açıqladı – ölkə ÜDM-i ilin ilk 3 ayında -10,6 faiz çöküb, mənfiyə gedib. Dəhşətli rəqəmdir, dünyanı gözləyən aqibətin ilk carçısıdır". (musavat.com)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İqtisadiyyat


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır 

Qubaya əsgər meyiti gətirildi, kənd qarışdı — Video

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama

Elmar Məmmədyarov danışdı: "Mənim istefa verməyimə gəlincə..."

Nizaminin İcra başçısı Leyla Əliyevanın abadlaşdırdığı parkda özünə restoran tikdirir — Fotolar

Oğlunun dəfninə gedə bilməyən Canəli Əkbərov fəryad etdi

Onların övladları niyə hərbiçi yox, polis olur? 

DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı - Təfərrüatlar

Sabahdan karantin rejimi daha da sərtləşdiriləcək

Azərbaycanda bankda kütləvi yoluxma — 50 nəfər karantinə alındı

Saleh Məmmədovun villasının görüntüləri yayıldı

"TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır"

loading...

Ən çox oxunanalar