Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dünya Çindən təzminat tələb edəcəkmi? - Virusu gizlətdiyinə və yaydığına görə...

Antarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb. Virusun mənbəyi Çin idi. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp xəstəliyi “koronavirus” deyil, “Çin virusu” adlandırıb...

Jurnalistlər Ağ Ev sahibindən xəstəliyi niyə belə adlandırdığını soruşduqda Trampın cavabı sadə olub: “Çünki virus Çindən yayılıb”.

Bu ifadənin arxasında siyasi məna var. Çində xəstəlik 7 dekabr 2019-cu ildə qeydə alınıb. Ancaq Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sirli sətəlcəm xəstəsi olan vətəndaşları haqqında məlumatı yalnız 31 dekabrda göndərib. Vacib olan 14 gün itirilib. Sürətlə yayılan koronavirusla mübarizədə 14 gün çox böyük müddətdir. Yanvar ayı boyunca xəstəliyin miqyası xeyli artıb.

Buna baxmayaraq, yanvarın 18-də xəstəliyin yayıldığı Uhan şəhərində möhtəşəm ziyafət təşkil edilib, təşkilatçılar tədbirdə hazırldıqları yeməklərlə dünya rekordunu qırmağa çalışıblar. Ziyafətdə təxminən 40 min nəfər iştirak edib. Halbuki, həmin ərəfədə bölgədə nəinki zifayət keçirmək, həyəcan təbili çalmaq lazım idi.

Məsələ burasındadır ki, çinlilər dünyada ən çox səyahət edən millətlərdəndir. Çinlilər dünyanın bütün ölkələrinə səyahət edirlər. Misal üçün virusun baş qaldırdığı yanvar ayında Hubey əyalətində və Uhanda yaşayan 7 milyon çinli müxtəlif dövlətlərə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə səyahət ediblər.

Halbuki, Çinin mərkəzi hakimiyyəti virusu müəyyənləşdirən həkimləri cəzalandırmaq əvəzinə dünyanı virus haqqında xəbərdar etsəydi, həm vəziyyəti nəzarət altına almaq olardı, həm də vaxt itirmədən qarşılıqlı səfərlərə qadağa qoyulardı.

Tədqiqatçıların hesablamalarına görə, dünya ölkələrinə virusu məhz səyahət edən 7 milyon çinli yayıb. Fevralın 3-də Çinin lideri Si Tszinpin Kommunist Partiyasının tədbirində nitq söyləyib. Həmin nitqdə virus barədə heç bir cümlə olmayıb. Həmin partiya tədbirində çıxış edən Hubey vilayətinin rəhbəri də virus barədə fikir söyləməyib.

Halbuki, həmin rəhbərin mövcud vəziyyət barədə artıq məlumatlı idi. Yəni hadisələrin inkişafı göstərir ki, Çinin vilayət rəhbəri virusun yayıldığı ilk günlərdə prosesi gizli saxlamağa çalışıb. Çinin mərkəzi hakimiyyəti isə bir müddət prosesə ciddi yanaşmayıb. Yalnız ölənlərin sayı artdıqda və bunu gizlətmək mümkün olmadıqda Çin həyəcan təbili çalıb. Ancaq artıq gec idi. Çünki, virus yayılına qədər Uhanda yaşayan çinlilər dünyanın bütün ölkələrini gəziblər, başqa ölkələrin insanları da eyni zamanda həmin şəhərdə olublar. Bunların hamısı virus daşıyıcılarına çevriliblər.

Virusun dünyaya yayılmasında Çinin məsuliyyətsizliyi haqqında informasiyalar çoxdur. Bu haqda dünya mətbuatı müxtəlif yazılar yayınlayırlar. Hələ ki, dünya dövlətlərinin rəsmiləri bu mövzunu xüsusi qabartmırlar. Yalnız Donald Tramp əsəbi şəkildə xəstəliyi “Çin virusu”adlandırır. Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək.

Bəziləri hətta Çinə qarşı maddi təzminat məsələsini gündəmə gətirirlər. Həqiqətən dövlətlər həm vətəndaşlarını itirirlər, həm də iqtisadiyyatları dağılır. Müxtəlif iqtisadi mexanizmləri bərpa etmək üçün dövlətlərə trilyonlarla dollar vəsait lazım gələcək. Kimsə kimsəyə kömək etməyəcək, çünki hamının köməyə ehtiyacı var.

Çin hakimiyyəti hələ ki, baş verənlərə görə özünü müqəssir saymır. Əksinə, virusun yayılma miqyasını azaldan Çin normal həyata qayıdır. Çin normal həyata qayıdarkən, Qərb ölkələrinin itkiləri artmaqda davam edir, virusun yayılma sürəti hələ pik nöqtəsinə çatmayıb. Misal üçün, 1 milyard 300 milyon əhalisi olan Çində koronavirusdan təxminən 3 min insan vəfat etdisə, 60 milyon əhalisi olan İtaliyada ölənlərin sayı Çindəkindən iki dəfə artıqdır və ağır proses hələ davam edir. İspaniyada da durum ağırdır. Amerika vurisun növbəti mərkəzinə çevrilir.

Çinin qonşuluğunda da vəziyyət ürək açan deyil. Hindistanda da karantin elan edilib. Əhalisi 1 milyarddan çox olan Hindistan virusdan qorunmaq məcburiyyətindədir. Pakistanda da virusa yoluxanları sayı artır.

Pakistanın səhiyyəsi artan virusla mübarizə aparmaqda çətinlik çəkir. Pakistanın kasıb bölgələrindən olan Pəncabda və bir hissəsinə nəzarət etdiyi Kəşmirdə virusdan ölənlər haqqında müxtəlif məlumatlar var, əyalətlər arasında yollar bağlanıb, bu da insanlarda narazılıq yaradır.

Pakistanda vəziyyət nəzarətdən çıxarsa, İslamabad yardım üçün başqa dövlətlərə və maliyyə təşkilatlarına müraciət edə bilər. Pakistandan fərqli olaraq Cənubi Koreya virusla mübarizə aparmaq gücündədir. İlk başda virus Çindən sonra Cənubi Kareyaya yayıldı. Ancaq Cənubi Koreyanın müasir xəstəxanaları və tibbi ləvazimatları virusla mübarizə aparmağa imkan verdi. Asiya ölkələrindən Yaponiyada da durum nəzarət altındadır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Akif Çovdarovun azadlığa buraxılmasının səbəbi açıqlandı

Nüşirəvan Məhərrəmlinin adına şirkəti üzə çıxdı - "Ümid- MN"

Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - Rəsmi

Sabiq nazir Heydər Əsədovun özünə və ailə üzvlərinə məxsus sərvət üzə çıxıb - Sənəd

Cəza sərtləşdirildi: Karantin rejimini pozanları 3 ilədək həbs gözləyir - Video

Fonda cəmi 16 deputat pul köçürüb - 105 deputatdan səs-səmir yoxdu

İqtisadçı: “52 milyard dollarlıq rezerv hardadır, çətin gündə xərclənməyəcəksə, nəyə lazımdır?”

SSRİ-də qara çiçək epidemiyası cəmi 19 günə necə dəf edilib? - Tarixi fakt

“Koronavirus laboratoriyada yetişdirilib” - Deputatdan iddialı fikirlər

Yeni funksiyalar işə düşdü – Evdən çıxmaq istəyənlərin nəzərinə - Video

Yeni dünya düzəni indikindən daha pis olacaq -Politoloq...

DİN: Ata və azyaşlı oğlu 8103-ə 90 dəfə SMS göndərib, ata cərimələnib - Yenilənib,Foto,Video

loading...

Ən çox oxunanalar