Çərşənbə, 08 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Quba və Şabranda koronarejim: Kəndlərdə hərə öz işindədir...

Küçələrdə adamlar kəskin azalıb, amma kəndlərdə hərə öz işindədir...

 

Dünyada tüğyan edən dəhşətli koronavirus pandemiyası Azərbaycanda da yayılmaqda davam edir. Ən son məlumata görə, ölkə ərazisində 76 virusa yoluxma faktı qeydə alınıb. Hazırda karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı tədbirlər görülür. Nazirlər Kabineti yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq martın 24-dən etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edib. Xüsusi təyinatlı və yük avtomobilləri istisna olmaqla, Bakı, Sumqayıt və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb. Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan edilir. Əhaliyə evdə qalmaq, vacib olmadıqca evdən bayıra çıxmamaq tövsiyə olunur.

Virtualaz.org qeyd edir ki, bu günlərdə şimal bölgəsində, Quba və Şabran rayonlarında da əhali xüsusi rejimin qaydalarına əməl etməyə, mümkün qədər evdən çıxmamağa çalışır. Amma kəndlərdə vəziyyət fərqlidir.

Hazırda Qubanın rayon mərkəzində küçəyə, ictimai yerlərə toplaşanların sayı əvvəlki həftələrlə müqayisədə xeyli azalıb. Həm Quba, həm də Şabran rayonlarında fəaliyyət göstərən restoran, şadlıq evləri, çayxana və kafelərin hamısı bağlanıb.

Rayon mərkəzlərində yerləşən istirahət parklarında demək olar ki, əhali gözə dəymir. Müşahidə apardığımız məşhur Quba bazarında da durğunluqdur, nə satıcı var, nə alıcı. Həmişə tünlük olan mərkəzi küçələrdə də çox az sayda insana rast gəldik ki, onlar da ərzaq mağazalarından bazarlıq edənlər idi. Kafe və yeməkxanaların bəziləri hətta icazə verilən 12:00-15:00 intervalında da fəaliyyətini bərpa etmir.

Şabran rayonunda da ərzaq mağazaları və apteklərdən başqa digər obyektlər bağlanıb. Yalnız kəndlərin kənarında meyvə-tərəvəz satışı ilə məşğul olan kiçik köşklər hələ ki yığışdırılmayıb. Amma satıcılar alış-verişin zəif olduğunu deyirlər. Qubanın Nügədi kəndində evinin qarşısında meyvə və konservləşdirilişmiş ərzaqlar satan Şirin Əfəndiyev deyir ki, bayram günləri olsa da, əvvəlkindən fərqli olaraq rayonlara istirahətə gələn çox azdır. Digər tərəfdən də, heç kim bazarlıq etmək əhval-ruhiyyəsində deyil: “Müştəri yoxdur, günlərlə maşın saxlayıb qiymətlə maraqlanan olmur. Çünki gediş-gəliş yoxdur, Quba yolu bomboşdur. Gələnlər də dilxordur, heç kim bazarlıq etmək əhvalında deyil”.

Virusla bağlı təhlükəsizlik tədbirlərinə gəlincə isə, satıcı deyir ki, mümkün qədər müştəriyə yaxınlaşmır: “Meyvələri çəkib yığmışıq. Gələn qiyməti soruşur, uzaqdan deyirəm. Əgər almaq istəyirsə, götürüb maşına boşaldır, pulu qoyur piştaxtaya”, - satıcı bildirir.

Amma nə rayon mərkəzi, nə də kəndlərdə qoruyucu tibbi maska taxmış şəxslərə rast gəlmədik. Şabran rayonun Pirəmsən kəndində də vəziyyət digər kəndlərdən fərqlənmir. Bu kənddə də əhalinin sıx toplaşdığı çayxanaların qapıları qıfıllanıb. Kənd əhalisi isə öz işindədir, yer belləyən kim, bağ suvaran kim, küçədə var-gəl edən kim. Bayram ərəfəsində yaşlılara , qohum əqrəbaya baş çəkmək adəti də öz yerində...

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

190 manat pulu almaq istəyənlərin nəzərinə - Qaydalarla tanış olun

Koronovirusu hazırlayıb Çinə satan alim həbs edildi

“Aletlər kəndi”ndə etiraz - Karantində olanlar ağır əşyaları pəncərələrdən yerə atdılar- Video

Akif Çovdarovun azadlığa buraxılmasının səbəbi açıqlandı

Milli Məclisdə işləyən icra başçılarının və deputatların yaxın qohumları - Siyahı

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İddia

Londonda “taxt oyunları”: Kraliça Elizabetin dövrü bitir...

Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edildi - Video

Koronavirus evlərdən yan keçmədi - Bakıda evlərin qiyməti ucuzlaşdı

“VIP Style Estetik Tibb Mərkəzi” klinikasında nə baş verir? - Qadınlar aldadılır və məhkəməyə verilir...

Emin Ağalarov: “Gəlirin yoxdursa, maaşı necə vermək olar?”

loading...

Ən çox oxunanalar