Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş məhkumun həbsxana söhbəti başına bəla oldu

Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Ənvər Umudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb...

PİA.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il iyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində prada yaşayan Ənvər Umudov evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirib.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ənvər Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb.

Məlum olub ki, ev sahibi Ənvər Umudov hadisə baş verən günü evində içki məclisi qurub. O, içki məclisinə tanışı Akif İbrahimovu dəvət edib.

Tanışlar yeyib-içəndən sonra sərxoş olublar. Bu zaman onların sözlərin bir-birlərinə xoş gəlməyib. Dəfələrlə məhkum olunan Akif İbrahimov həbsdə olduğu müddətdə "palajenya"ya nəzarət etdiyini deyib. Ənvər Umudov isə onun bu sözlərinə təhqiredici formada cavab verib.
Bundan əsəbləşən Akif İbrahimov isə onu döyüb. Bu vaxt Ənvər Umudov evində saxladığı tüfəngi götürərək, qonağını güllələyib.

İstintaq orqanı tərəfindən Ənvər Umudovun barəsində Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.

Daha sonra ifadə verən təqsirləndirilən Ənvər Umudov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Növbəti proses aprelin 6-da davam edəcək.

pia.az


Etiket: Mingəçevir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar