Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində — Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əli­yevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyası­nın yayıl­ma­sının qarşısının alınması məqsədilə həyata keçirilən kom­pleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış mən­tə­qə­lərində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş reji­mində həyata keçirilir...

Ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sər­hədçiləri dövlət sərhədindən buraxılış məntə­qə­­lərində Azərbay­can Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərarga­hın müəy­yən etdiyi qaydada sanitar-ka­ran­tin və digər rejim təd­birlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

25 mart tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər etmiş və Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Res­pub­likası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olun­masının təşkili vəziyyətini yoxlamışdır.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim tədbir­ləri­nin təşkili, o cümlədən ölkəyə gələn vətən­daşlar üzərində sərhəd və göm­rük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin həra­rətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edil­mələri və­ziy­yəti yoxla­nılmış, xəstəliyə yoluxmalarına şübhə yara­nan şəxs­lərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilmişdir.

Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Föv­qəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müa­yi­­nələrə cəlb olunan vətəndaş­larla görüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi al­tın­da koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində gö­rü­lən işlər haqqında onlara geniş məlumat verilmiş, vəziyyətləri ilə ma­raqlanılmış, xahiş və mü­ra­ciətləri dinlənilmişdir.

Karantində sax­la­nı­lacaq şəxslərin qal­ması üçün ayrılmış yer­lə­rə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliy­yat vasitələrinə baxış keçirilmişdir.

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəx­si heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilmiş, zəruri tapşırıq və göstərişlər verilmişdir.

Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükə­sizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəh­bəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçiril­miş, Azərbaycan Respublikası və Rusiya Federasiyası vətən­daşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanış­larının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərə­kə­tinin müvəqqəti ola­raq yalnız “Sa­mur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən bura­xılış məntəqəsindən, avtomobil nəq­liy­yat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən bura­xılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.

pia.az


Etiket: Elçin Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar