Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənzildə olan sayğacların oxunması dayandırılır - Rəsmi

Mənzillərin daxilində olan su sayğaclarının oxunması müvəqqəti dayandırılır...

Bu barədə Qaynarinfo-ya "Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə "Azərsu” ASC tərəfindən zəruri tədbirlər görülür. 

Bu tədbirlərin tərkib hissəsi olaraq "Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə 24 mart 2020-ci il tarixindən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılır. 

Bununla əlaqədar cari ayda sərf edilmiş suyun həcmi əvvəlki 12 aylıq dövrdə istifadə edilmiş orta aylıq həcmə əsasən, informasiya sistemi tərəfindən avtomatik olaraq müəyyən ediləcək. Sonradan sayğaca baxış keçirilərkən faktiki göstəriciyə uyğun olaraq, orta sərfiyyat üzrə aparılmış hesabatlara düzəlişlər ediləcək.

Eyni zamanda, abonentlər təqdim edilən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturaların formalaşdırılması” elektron xidmətindən (https://www.e-gov.az/az/login/index/…) istifadə etməklə, sayğacın faktiki göstəricisinə əsasən formalaşmış elektron bildiriş-faktura əldə edə bilərlər.

Pilləkən qəfəslərində, mənzillərin və həyət evlərinin xaricində quraşdırılmış sayğacların oxunması isə əvvəlki qaydada davam etdirilərək, bildiriş-fakturaların abonentlərlə təmas qurmadan ünvanların girişinə yerləşdirilməsi təmin olunacaq.

Yaranacaq suallarla bağlı vətəndaşlar “Azərsu” ASC-nin 955 saylı Zəng Mərkəzinə müraciət edə bilərlər.

pia.az


Etiket: Azərsu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar