Gürcüstanda koronavirusa yoluxan 62 yaşlı Marneuli sakininin vəziyyəti nisbətən yaxşılaşıb...
Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
O qeyd edib ki, hazırda qadının vəziyyəti sabitdir: “Pasiyentin hazırkı göstəriciləri günün birinci yarısı ilə müqayisədə nisbətən yaxşılaşıb”.
Qeyd edək ki, azərbaycanlı qadın ötən gün Marneulidən Tbilisiyə çatdırılıb. Onun vəziyyəti xüsusilə ağır qiymətləndirilib.
pia.az