Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Avropa Birliyinin əsas sənədinin icrası dayandırıldı

Paktın dayandırılması təklifini Avropa Komissiyası irəli sürüb...

Avropa Birliyinin iqtisadiyyat və maliyyə üzrə Şurası(EKOFİN) Birlik tarixində ilk dəfə olaraq Stabillik və İnkişaf Paktının fəaliyyətinin dayandırlması barədə qərar qəbul edib. Bununla bağlı Şurasının saytında Avropa Birliyi maliyyə və iqtisadiyyat nazirlərinin videokonfransından sonra məlumat yerləşdirilib.

Qeyd edək ki, Stabillik və İnkişaf Paktı Birlik üzvü olan dövlətlərin büdcə kəsirini və dövlət borcunun həcmini tənzimləyir. Belə ki, Pakta əsasən birlik dövlətlərində büdcə kəsiri ölkənin Ümumi Daxili Məhsulunun 3 faizindən, dövlət borcu isə 60 faizindən yuxarı ola bilməz. Paktın icrasının dayandırılması üzv dövlətlərə imkan verəcək ki, kreditlər götürüb biznesə yardım edə bilsinlər.

Paktın dayandırılması təklifini Avropa Komissiyası irəli sürüb. Şuranın bəyanatında qeyd olunur ki, Avropa Birliyinin koronavirusun yaratdığı tədhidlərdən minimum itkilərlə çıxması üçün bu addımın atılması qaçılmaz olub: "Nazirlər hesab edirlər ki, Avropa Komissiyasının Birlik ərazisində başlanmış ağır iqtisadi tənəzzülün qarşısını almaq üçün Paktın icrasının dayandırılması təklifi ilə razılaşmaq lazımdır”.

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Ramiz Mehdiyevin AMEA "islahatları"nın pərdəarxası məqamları..

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq

Azərbaycanlını öldürən dəniz quldurları haqda bilmədiklərimiz - Foto

“Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir”

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Bəxtiyar Vahabzadənin oğlu: "Rusiyanı niyə bu qədər ilahiləşdirirlər?"

Ən çox oxunanalar