Cümə, 03 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Gülüstan” sarayının memarı vəfat etdi

Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Nazim Hacıbəyov bu gün vəfat edib...

Bu barədə mərhumun yaxınları bildiriblər.

Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olub.

1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirib. 1950-1960-cı illərdə Özbəkistanda işləyib, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilib. 

XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləyirdi. 1970-1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olub. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970-1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.

1979-cu ildə Azərbaycanın əməkdar memarı adına layiq görülüb. 1982-ci ildə "Gülüstan" sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatı, 2000-ci ildə Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüydü.

Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü idi.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabahdan Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - Operativ Qərargah

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi

Rus həkimləri şokdadır - Xəstələr gecə yatıb ayılmırlar 

Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin siyahısı

Koronavirusdan sonrakı dünya çoxmu dəyişəcək?

SMS sistemi ilə evdən çıxmağın təfərrüatı açıqlanıb - Video

Küçəyə bu nömrəyə SMS yazmaqla çıxacağıq - Qaydalar

Paytaxtda hərəkət edən avtomobillər 100 manat cərimələnir?

8103-ə yanlış SMS göndərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

loading...

Ən çox oxunanalar