Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan vətəndaşları Moskvadan təyyarə ilə Bakıya yola salınıb

Bu gün 34 Azərbaycan vətəndaşı Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarəsi ilə Moskvanın A.S. Puşkin adına Şeremetyovo beynəlxalq hava limanından Bakıya yola salınıb...

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu, Səfirliyin və “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin müdaxiləsi əsasında mümkün olub: “Həmçinin bildiririk ki, yaranmış məlum vəziyyətlə əlaqədar soydaşlarımızın Vətənə yola salınması məsələsi Səfirliyin ciddi nəzarəti altındadır. Burada Səfirlik “AZAL” aviaşirkətinin Rusiyadakı nümayəndəliyi ilə birgə fəaliyyət göstərir. Azərbaycana getmək istəyən soydaşlarımızdan Səfirliyin “qaynar xətlərinə” (+7977 442 2954, +7977 442 2964) və ya “AZAL”ın Moskvadakı nümayəndəliyinə (+7499 243 3302, +7499 243 3307, +7495 660 1777) zəng etmələrini xahiş edirik. Ölkəmizə qayıtmaq istəyən soydaşlarımızı “AZAL” aviaşirkətinin xidmətlərindən yararlanmağa çağırırıq. Bu gərgin vəziyyətdə Səfirliyin digər aviaşirkətlərlə əməkdaşlıq imkanları olduqca məhduddur".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar