Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Binə”, “Sədərək” yarmarkaları, molların fəaliyyəti dayandırılsın...

"Binə", "Sədərək" yarmarkaları, ticarət molları fəaliyyəti dayandırılsın"...

Bu təkliflə iqtisadçı ekspert Qubad İbadoğlu çıxış edib. O, qeyd edib ki, bu qərar insanların təhlükəsizliyinə xidmət edəcək: "Nazirlər Kabinetinin qərarı ilə bir çox dövlət strukturlarının əməkdaşları martın 29-dan aprelin 29-a qədər məcburi məzuniyyətə göndərildi. Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqqları tam şəkildə ödəniləcək. Bu qərara münasibətim normaldır. Amma hesab edirəm ki, bu qərarla yanaşı, qeyri-ərzaq məhsullarıının kütləvi satış mərkəzləri, o cümlədən "Binə", "Sədərək" yarmarkaları, böyük ticarət mollarının fəaliyyətinin dayandırılmasına qərar verilməlidir".

Qubad İbadoğlu bunun iki səbəbini açıqlayıb: "Birincisi, insanların təhlükəsizliyi baxımından, ikincisi isə həmin yarmarkalarda çalışan iş adamlarının, ticarətçilərin icarəçilər və vergi orqanları qarşısındakı öhdəliklərinin dayandırılması nöqteyi-nəzərindən vacibdir. Əks təqdirdə icarəçi qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər gün işə çıxmağa məcbur olan icarədar alıcılıq qabliyyətinin azaldığı indiki şəraitdə həm özünü təhlükəyə atır, həm də ziyana işləyir. Hesab edirəm ki, bu məsələyə dövlət müdaxiləsi zəruridir. Və onun daha da tez baş verməsi vacibdir ki, iş adamları izafi xərclərdən (kirayə haqqı və sair ödənişlər) xilas ola bilsin".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar