Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda həkim karantindən qaçdı - Polislər yaxaladı

Ailə üzvləri və sıx təməsda olduğu şəxslər karantinə alındı...

"Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Təəssüflə qeyd olunmalıdır ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir. Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Lakin o, həkim olmasına baxmayaraq müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, onun ailə üzvləri və sıx təməsda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq ciddi tədbirləri görüləcəkdi", - E.Zahidov bildirib.(Report)

pia.az


Etiket: karantin DİN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar