Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputat sahibkarlara müraciət etdi: “Prezidentin təşəbbüsünə qoşulaq ”

Nizami İsgəndərov: “Ölkəmizdə və Sumqayıtda fəaliyyət göstərən sahibkarları da vətəndaş məsuliyyətinin dərk etməyə, prezidentimizin məlum təşəbbüsünə qoşulmağa səsləyirik”...

Sumqayıt Ticarət Mərkəzinin rəhbəri, sabiq deputat Nizami İsgəndərov Sumqayıt sahibkarları adından ölkə sahibkarlarına müraciət edərək prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna maliyyə yardımı ayırmağa çağırıb. PİA.az-a daxil olan müraciətdə deyilir:

Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevin Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasına dair və infeksiyaya qarşı tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı sərəncamı yüksək qiymətləndirir və alqışlayırıq.

Dünyanın gözəgörünməz koronovirus adlı düşmən qarşısında aciz qaldığı bir vaxtda, məlum sərəncam, ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin əsas kapital olduğunu göstərir. Həmçinin vətəndaşların ümidsizliyə qapılmamasına böyük təkandır.

Koronovirusla bərabər dünya neft bazarında qara qızılın qiymətinin aşağı düşməsini nəzərə alaraq, hər bir kəs, dövlətimizin yanında olmalı və millətin üz-üzə qaldığı təhlükədən maksimim dərəcədə sğortalanması üçün, dəstək ifadə etməlidir.

Məqsədimiz koronovirusun vurduğu və vura biləcəyi ziyanın miqyasını doğru-dürüst qiymətləndirmək, “taclıvirusa” qarşı total mübarizə apararaq genişlənməsinə imkan verməmək olmalıdır. Bir sözlə ümümbəşər bəlaya çevrilmiş virusa qalib gəlmək üçün, hər bir şəxs özünün fərdi şüuruna nəzarət səviyyəsini qaldırılmalı, vicdan və vətəndaş məsuliyyəti hissinə bürünməlidir.

Bu məsuliyyəti dərk edərək, Sumqayıt Ticarət Mərkəzinin sahibkarları adından, Fondun hesab nömrəsi açılan kimi maliyyə dəstəyi verəcəyimizi bəyan edirik. Ölkəmizdə və Sumqayıtda fəaliyyət göstərən sahibkarları da vətəndaş məsuliyyətinin dərk etməyə, prezidentimizin məlum təşəbbüsünə qoşulmağa səsləyirik.

Allah xalqımızı və dövlətimizi qorusun.

Hörmətlə: Nizami Zaman oğlu İsgəndərov
Sumqayıt şəhəri”

pia.az

 

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar