Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanı hansı ölkə xilas edəcək? - ABŞ, Çin, yoxsa Avropa?..

Bütün bu eqoist cəhdlərin tüğyan etdiyi bir mühitdə pandemiyanı idarə edən Çin dünyaya çox güclü şəkildə təsir göstərə və nəticədə, böyük bir güc qazana bilər...

“OdaTv” qəzeti, Türkiyə, 17 mart 2020-ci il

“Foreign Policy”dən sonra “Foreign Affairs” də “Koronavirus bildiyiniz formada qloballaşmanı öldürə bilərmi?”, başlığı ilə yeni bir məqalə dərc edib. Məqalədə pandemiyanın qlobal iqtisadiyyata olan mənfi təsirləri vurğulanır və tədarük zənciri üçün daha çevik istehsal modelləri tövsiyə olunur. Həmçinin, ABŞ-ın pandemiya ilə bağlı tədbirləri görmək üçün çox gecikdiyi və Çindən gələn yardımlara möhtac qala biləcəyi qeyd edilib.

Məqalənin xülasəsi bundan ibarətdir:

“Korona pandemiyası qloballaşmanın və qloballaşmış iqtisadiyyatın zəif cəhətlərini ortaya çıxarıb. Qlobal iqtisadiyyat illərdir ən yüksək səmərəliliyi hədəflədiyi üçün tədarük zəncirində bir uzlaşma yaratmayıb və ölkə daxilindəki istehsalda əsas pillələri saxlamaq üçün heç bir şey etməyib. Nəticədə, bir çox sektor, eləcə də tibbi əczaçılıq sektoru cəmi bir tədarükçüyə arxalandığı üçün istehsalda ciddi bir zəifləmə meydana gəlib”.

Çin dünya üzərində böyük bir təsir yarada bilər

Məsələn, Qərbi Avropadakı tək istehsalçı “MTA Advanced Automative Solutions” şirkətidir və İtaliyadakı istehsal mərkəzlərindən birini tamamilə dayandırmalı olub. Buna görə də, avtomobil istehsalçıları kiçik texniki avadanlıqların tədarükü məsələsinə görə ciddi şəkildə narahat olublar.

Yenə də tədarük zəncirindəki problemlər ucbatından fevral ayında qlobal noutbuk istehsalı 2 dəfə azalıb və həmçinin smartfon istehsalının da 12% düşməsi gözlənilir. Eyni şəkildə Hollandiya və İsveçrədəki 2 şirkət virusun RNT-sini aşkarlayan vasitələrin hazırlanmasında çox önəmli bir detalı təmin edə bilmədiyi üçün bu vəziyyət həmin detalın ABŞ-dakı istehsalına da mənfi təsir göstərir.

Pandemiyadan əvvəl tibbi maskaların yarısı Çindən istehsal edilirdi. Lakin virus püskürməyə başlayan kimi Çin hökuməti istehsal etdiyi bütün maskaları özünə saxlamaqla yanaşı, hələ üstəlik xaricdən də maskalar ​​aldı. Əlbəttə ki, Çin bunu etməli idi, amma bu durum lazımi qədər ehtiyatı olmayan digər ölkələr mənfi nəticələr doğurub.

Avropa ölkələri də bundan fərqli bir şey etmirlər. Rusiya və Türkiyə də maska ​​və əleyhqazların ixracını qadağan edib. AB üzvü olmasına və vahid bazara bağlı olduğunu elan etməsinə baxmayaraq, Almaniya da eyni şeyi edib. Fransa hökuməti daha sadə bir addım atıb və əlinə keçən hər maska ​​alıb. AB rəsmiləri bu davranışın AB-nin həmrəylik ruhuna zərər verdiyini deyirlər.

ABŞ isə pandemiyaya bir reaksiya vermək üçün çox-çox gecikib. Əlində lap az tibbi ləvazimat var. Trampın ticarət müşaviri Pir Navarro bu durumu fürsət bilərək ABŞ-ın əsas dərman istehsalındakı gücünü və tədarük zəncirini bir yuvaya çevirməyə ehtiyac duyduğunu bildirib. Digər tərəfdən də, Almaniya ABŞ-ın bir alman şirkəti tərəfindən hazırlanan yeni peyvəndi satın alacağından narahat olur.

Bütün bu eqoist cəhdlərin tüğyan etdiyi bir mühitdə pandemiyanı idarə edən Çin dünyaya çox güclü şəkildə təsir göstərə və nəticədə, böyük bir güc qazana bilər. Martın əvvəlində İtaliya AB ölkələrindən təcili olaraq tibbi avadanlıqlar istəyib. Əllərindəki vasitələrin xəstələr üçün yetərli olmadığını və həkimlərinin kimin yaşayıb, kimin ölməsinə qərar vermək məcburiyyətində qaldığını bildirmişdi. Lakin AB ölkələrindən heç biri bu çağırışa cavab verməyib. Çin isə əleyhqaz, maska ​​və qoruyucu geyim sata biləcəyini açıqlayıb.

ABŞ hazırda dünyaya mal tədarük edə biləcək bir ölkə deyil. Onun digər dövlətlərə təklif edə biləcəyi çox az şey var. Üstəlik, tezliklə Çinin köməyinə möhtac ola bilər. “Alibaba” şirkətinin milyarder qurucularından biri olan Cek Ma indidən 500.000 test vasitəsi və bir milyon maska ​​hədiyyə etməyi təklif edib.

Bu pandemiya qloballaşmanın geosiyasətini yenidən formalaşdırır və ABŞ buna uyğunlaşa bilmir. Hazırda ABŞ xəstədir və yatağında gizlənməyə çalışır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar