Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat:"Elə ev var ki, bəlkə də yüz maskası, 200-300 spirt flakonu var"

Bunu deputat Razi Nurullayev deyib...

“Koronavirusla bağlı panika yaratmaq, vəziyyəti gərginləşdirmək, əmin-amanlığı pozmaq, əhalinin narahatlığını artırmaq, vəziyyət daha da pisləşəcək mesajları vermək doğru deyil. Virusun yaratdığı çətinliklərdən siyasi məqsədlər üçün istifadə də yolverilməzdir və birinci növbədə bunun ziyanını Azərbaycan vətəndaşları çəkəcək”.

PİA.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayevin sözlərinə görə, süni şəkildə panika artıqca, insanlar banklara qaçır və əllərindəki manatı dollara dəyişmək üçün növbə tuturlar: “Biz özümüz manatı dəyərsizləşdirməyək, süni bahalıq yaratmayaq, şaiyələr yaymayaq. Virus panikasını iqtidarı zəiflətmək üçün istifadə yolverilməzdir, unun ziyanını vətəndaşlar çəkəcək, islahatlar dalğasını isə dayandıracaq. Apteklərdə bəzən spirtlər çatışmır. Çünki, bir evdə 5 ailə üzvü varsa, hamısı ayrı-ayrılqıda apteklərə üz tutur və hər gün spirt, maska alırlar. Elə ev var ki, bəlkə də yüz maskası, 200-300 spirt flakonu var. İnternetdə axtarış etdim və gördüm ki, demək olar ki, ən inkişaf etmiş ölkələrdə belə maska və spirt çatışmazlığı var. Heç bir ölkənin bir neçə illik ehtiyatı yoxdur. Belə vəziyyəti heç kim hesablamamışdı, amma şükürlər olsun ki, hər şey nəzarət altındadır və ölkəmizin vəziyyəti başqa ölkələrə nisbətən çox yaxşıdır. Hökumətin addımını da qiymətləndirmək lazımdır. Cəmi 33 təsdiq olunmuş xəstə var. Vəziyyət ciddi nəzarət altındadır. Hökumət vacib olan addımları atıb və atmaqdadır. Sevinməliyik ki, bu qədər ciddi addımlar atıldı və ölkə rəhbərliyinin qətiyyətli iradəsi ortaya qoyulub. Hər gün parlament binasında oluram, müxtəlif adamlarla görüşürəm və görürəm ki, çox ciddi addımlar atılır və hökumətin elə strukturları var ki, 24 saat işləyirlər. Onlar ciddi risk altında vəzifə borclarını yerinə yetirirlər və onlara çox sağ ol deməliyik! Panikaya, şaiyəyə, əsasız statuslara, mıqalələrə, çıxışlara yol verməyin. Neftin ucuzlaşmasına sevinməyin! Neft ucuzlaşdıqca, əhalinin sosial rifahı üçün həyata keçirilən layihələr də dondurulur. Uşaq pulu məsələsi gündəmdə idi, onu ən çox mən qaldırırdım, daha bunu edə bilmirəm. Ölkənin kasıblaşmasına sevinməyin!” (Pravda.az)

pia.az


Etiket: Razi Nurullayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar