Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərzaq qıtlığıyla üzləşən SSRİ-də əhalinin şansı – Bugünkü qlobal fəlakət o dövrdə baş versəydi...

Dünyanı cənginə alan koronavirus pandemiyası insanları təkcə ağır xəstəliyə yoluxmaqla deyil, həm də yarana biləcək ərzaq və gündəlik tələbat malları qıtlığı ilə qorxudur...

Xarici xəbərləri izləyərkən şahidi oluruq ki, dünyanın bir çox ölkələrində insanlar alış-veriş etmək üçün növbələrə düzülüb, Amerikada tualet kağızı, Rusiyada qarabaşaq (qreçka), Almaniyada gigiyenik vasitələr və s. üçün təşvişə düşən əhali vaxtlarını növbələrə sərf edirlər.

Elə Azərbaycanda da ərzaq mağazalarında, supermarketlərdə əvvəlki vaxtlara nisbətən daha çox canlanma hiss olunur. İnsanlar əvvəllər bir ay üçün nəzərdə tutduqları məhsulları indi bir neçə dəfə daha çox alır. Sözsüz ki, kiminsə qolundan tutub geri çəkmək mümkün deyil. Ancaq nə xoş ki, alış-verişin çox olmasına baxmayaraq, piştaxtalarda kifayət qədər lazım olan məhsullar var.

Təbii ki, beş-üç koloqram artıq un, şəkər tozu, makaron, düyü almaq yarana biləcək ərzaq problemini həll etməyəcək. Bu gün digər dövlətlərdə olduğu kimi Azərbaycanda da pandemiyanın yarada biləcəyi bütün fəsadları aradan qaldırmaq üçün ən zəruri tədbirlər həyata keçirilir və arzu edək ki, bütün dünya, o cümlədən Azərbaycanımız da bu sınaqdan bəlasız ötüşsün.
Maraqlıdır, bəzi insanların ağızdolusu təriflədiyi SSRİ-nin mövcudluğu dövründə pandemiya olsaydı, nələr baş verərdi?

Yoluxma riskinin, xəstəlikdən ölüm faktlarının hansı dərəcədə olmasını söyləmək çətin olsa da, ərzaq qıtlığının yaranacağını dəqiq söyləmək olar. Müttəfiq respublikaların var-dövlətinə sahib olan Moskva çox yəqin ki, öz “nəhəng”liyini bu sınaqda təsdiq edə bilməyəcəkdi. Çünki SSRİ-də pandemiyasız da gündəlik tələbat mallarının qıtlığı yaşanıb.

Bəli, SSRİ-nin əsas “atributları”ndan biri də mağazalardakı uzun-uzadı növbələr olub. Bəziləri elə düşünür ki, SSRİ-də qıtlıq yalnız 1980-ci illərin sonunda, 1990-cı illərin əvvələrində yaranıb. Bu, əsla belə deyil.

Gündəlik tələbat mallarının çatışmazlığının ilk yüksək həddi SSRİ-nin yaradılmasından bir neçə il sonra baş verib. İnsanları pis-yaxşı yedizdirmək üçün1928-ci ildə kart sistemi tətbiq olunub, Mərkəzi İcraiyyə Komitəsinin təsdiq etdiyi siyahı ilə ərzaq və digər gündəlik tələbat malları əhaliyə məhdud şəkildə satılıb. Amma bununla yanaşı azad kommerisiyaya da imkan verilib ki, burada ərzaq məhsullarının qiyməti hər kəs üçün əlçatan olmayıb.

1930-cu illərin ortalarında taxıl məhsulları bol olan Ukrayna və Qazaxıstanda milyonlarla insan aclıqdan ölüb.

1935-ci ildə kart sistemi ləğv edilib, məhsulların məhdudiyyətsiz alışı mümkün olub. Amma qiymətlər kart sistemi zamanı olduğundan fərqlənib, daha da yüksəlib.

Ərzaq çatışmazlığının ikinci yüksək həddi Almaniya-SSRİ müharibəsi illərində baş verib. Qıtlıq müharibədən sonrakı iqtisadi islahatların başlanğıcı vAxtına qədər davam edib. Müharibə illərində un məmulatlarının çatışmazlığı özünü daha qabarıq şəkildə biruzə verib.

1960-cı illərin əvvəllərində üçüncü dəfə ərzaq qıtlığı yaranıb. Nikita Xruşovun yarıtmaz iqtisadi islahatları ölkəni çətin vəziyyətə salıb.

1960-cı ilin sonunda Aleksey Kosıginin apardığı və sona çatdıra bilmədiyi iqtisadi siyasət vəziyyəti qismən düzəldə bilib.
1970-ci illərin ortalarından başlayaraq SSRİ vətəndaşları ən adi gündəlik tələbat malları üçün uzun-uzadı növbələrə düzülüblər.

Məhz bu ərəfədə lətifəyə çevriləcək ifadələr yaranıb, “növbə gördünsə, soruşma nə satılır, sən də növbə tut”. Kolbasa, qatılaşdırılmış süd, şokolad, konfet, kərə yağı, Bolqarıstandan gətirilən broyler toyuq, üstündə fil şəkli olan hind çayı, qarabaşaq, yaşıl noxud və s. üçün insanlar saatlarla növbə gözləyiblər. Qara kürü, balıq məhsulları haqqında isə çoxları düşünməkdən belə vaz keçib.

1980-ci illərdə lətifəyə çevriləcək daha bir ifadə səslənib, “Daha SSRİ-nin mağazalarında növbələr yoxdur, çünki piştaxtalar boşdur”.

Həmin illərdə SSRİ-də qara bazarlar, alverçilər meydana gəlib. Mağazalarda tapılmayan istənilən məhsulu bir neçə qat baha qiymətə alverçilərdən almaq mümkün olub.

Qıtlıq təkcə ərzaq məhsullarında olmayıb. Avtomobil, məişət texnikası, dəbdə olan geyimləri əldə etmək üçün yuxarılarla şəxsi əlaqələr vacib sayılıb. Moskva şəhər Partiya Komitəsinin birinci katibi Viktor Qrişinin şəhərin ticarət idarəsi ilə sıx “işbirliyi” sayəsində imkanlı şəxslər çox asanlıqla ən defisit malları əldə edə biliblər. Sıravi vətəndaşlar isə cins şalvar, salamandra ayaqqabı, yapon çətiri, alt paltarları, dəri gödəkçə və s. almaq üçün 5-10 min nəfərlik növbədə dayanmaq məcburiyyətində qalıblar.

Bu illər ərzində SSRİ-də baş verən korrupsiya hallarına Leonid İliç Brejnev də göz yumub.

Yuri Andropov hakimiyyətə gələndə ölkə ticarətində baş verən neqativ hallara qarşı sərt mövqe tutsa da, qısamüddətli hakimiyyəti vəziyyəti normallaşdırmağa imkan verməyib.

Konstantin Çernenekonun xəstəxanada keçirdiyi 13 aylıq hakimiyyəti isə heç nəyi dəyişməyib.

Mixail Qorbaçov isə SSRİ-nin dağılmış iqtisadiyyatının sonuncu nöqtəsini qoyub. Bəlkə də SSRİ vətəndaşları sosial rifah baxımından ən ağır illərini Qorbaçovun hakimiyyəti dövründə yaşayıblar.

Beləliklə, SSRİ mövcud olduğu 70 il ərzində daha çox mağaza növbələri ilə yadda qalıb. Təbii ki, üzdə ideal, həqiqətdə isə çürük ideyaları ilə illər boyu cəmiyyəi aldadan bir ölkə sonda dağılmağa məhkum idi və nə yaxşı ki, həmin 70 ildə koronavirus adlı pandemiya SSRİ-yə “təşrif” buyurmayıb. Buyursaydı, fəsadları çox ağır və çox acınacaqlı olacaqdı...

İlham Cəmiloğlu(Musavat.com)

 

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar