Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və İran arasında "virus diplomatiyası" təşəbbbüsü irəli sürülüb

Güzəşt müqabilində humanitar yardım...

Lora Rozen

“Əl-Monitor”, 18.03.2020

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizə aparmaq üçün İrana humanitar yardım göstərmək təklifi irəli sürüb. Bəzi ekspertlər və keçmiş siyasətçilər isə ABŞİran arasında “virus diplomatiyası” aparmağa çağırıblar.

İran bir gecədə koronavirusdan ölüm hallarının kəskin şəkildə 15% sıçrayış edərək 147 nəfər olduğunu bildirib. Tehran COVİD-19-dan ölənlərin sayının 1.35 və təsdiqlənmiş yoluxma halların ümumi sayının 17.361 nəfərə çatdığını açıqlayıb.

İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi bu gün İranda 43 nəfərin koronavirus xəstəliyinə tutulduğunu və hər saatda 3 yoluxmuş insanın öldüyünü söyləyib.

Dünya Səhiyyə Təşkilatının (DST) başçısı BƏƏ hökmdarı, Abu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zaidin tənəffüs xəstəliyinə qarşı mübarizə aparmaq üçün bu həftə İrana edilən ikinci humanitar yardımına görə tərifləyib.

DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “tweet” atıb: “Beynəlxalq birliklər arasında həmrəylik zəruridir”.

Küveytin xarici işlər naziri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon danışığında İrana COVID-19-la mübarizə aparmaq üçün 10 milyon dollar təklif edib.

“Gulf News” xəbər verir ki, Qətər İrana tibbi yardım, o cümlədən 6 ton tibbi avadanlıq və ləvazimat göndərib.

ABŞ-ın BƏƏ-dəki keçmiş səfiri Barbara Lif ölkələrin ümumi münasibətlərinin gərginliyinə baxmayaraq, BƏƏ, Küveyt və Qətərdən İrana gələn humanitar yardımı yüksək qiymətləndirib.

“BƏƏ-nin belə addım atması məni təəccübləndirmir. Həqiqətən, humanitar yardımda liderlik göstərməkdən qürur duyarlar. Bu, onların xarici siyasətinin əsl dayağıdır. Onlar hətta İranla olduqca gərgin münasibətlər şəraitində belə etdilər. İran hökumətinin bu qədər büdrəməsinin çoxsaylı səbəblərini hamımız bilirik. Əmirlik, Qətər və Küveytin addımı heyranedicidir”.

Lif ABŞ hökümətinin koronavirusla mübarizə üçün İrana humanitar yardım göstərməsini asanlaşdırma üçün yollar axtardığını, ancaq bir şey tapmadığını bildirib.

Dövlət katibi Mayk Pompeo Çərşənbə axşamı DST rəhbəri ilə danışdığını və ABŞ-ın bu təşkilat vasitəsilə İranın COVID-19-la mübarizəsinə kömək etmək təklifini çatdırdığını söyləyib. “Bu səhər Dünya Səhiyyə Təşkilatının rəhbəri doktor Tedrosla Amerikanın İrana necə kömək edə biləcəyi haqqında danışdıq. İran üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, İran xalqının sağlam qalmasına və orada olan riskləri azaltmağa kömək etmək istəyi təkcə bizi deyil, dünyanın hər yerində olan insanları bu humanitar səylərə cəlb edəcək”.

Pompeo, həmçinin Birləşmiş Ştatların İranda həbsdə olan ABŞ vətəndaşlarını sərbəst buraxmasına, xüsusən də həbsxanada virusa yoluxma riskini azaltmağa çağırıb.

“Biz onlarla əlaqə qururuq. Dəfələrlə ictimaiyyət qarşısında etdiyimiz kimi, İranda daxilində baş verənləri, riskləri nəzərə alaraq humanitar jest olaraq orada olan hər bir amerikalını azad etməyə çağırırıq”.

Beynəlxalq Böhran Qrupunda İran proqramının direktoru Əli Vaez Vaşinqton və Tehranı İranda saxlanılan ABŞ vətəndaşlarını azad etmə müqabilində Birləşmiş Ştatların digər ölkələrin yardım göstərməsini maneə törədən sanksiyaları ləğv etməsi ilə nəticələnəcək humanitar saziş barədə düşünməyə çağırıb.

Əli Vaez özünün və keçmiş Barak Obama administrasiyasının Yaxın Şərq koordinatoru Rob Mallinin “Foreign Policy “nəşrində yayımlanan” virus diplomatiyası” barədə fikrə toxunaraq deyib: “Təklif etdiyimiz bəlkə də iki mərhələli bir yanaşmadır. İranlılar Siyamək Namazi və digər ABŞ məhbuslarını azad edəcəklər… Bunun müqabilində ABŞ digər ölkələrə İrana humanitar yardım göstərməyə icazə verəcək və onlar ABŞ sanksiyalarından narahat olmayacaqlar”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: ABŞ və İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar