Cümə, 03 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

2020-ci ildə ikitərəfli münasibətlərdə böyük stress  

Türkiyə və İran İdlibdə yenidən toqquşacaqmı?...

Sina Azodi, Corco Kafiero

“Atlantic Council”, 17.03.2020

Suriyadakı vətəndaş müharibəsi boyu prezident Bəşər Əsəd hökumətini dəstəkləmək üçün İran çox şey edib. 2011-ci ildə Suriya böhranının püskürməsindən bəri Tehran Yaxın Şərqdəki strateji müttəfiqini dəstəkləməkdən ötrü həm çoxlu qan axıdıb, həm də pul xərcləyib. İran hərbi qüvvələri və onun vəkilləri əsasən, İdlib vilayətindən kənarda qalsa da, bu ilin əvvəlindən etibarən Tehran Türkiyə-Suriya sərhədinə daha çox diqqət ayırmağa başlayıb.

Yanvarın 3-də “Qüds” qüvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsindən dərhal sonra İdlibdə İranın əli getdikcə daha çox görünüb. Hesabatlar yanvarın sonlarında Suriyanın şimal-qərb əyalətində İranın dəstəklədiyi əfqan şiə milisi olan “Fatemiyun” briqadasından 400- 800 arasında döyüşçünün mövcudluğunu göstərir.

İdlibdə getdikcə daha çox güclənməsi Tehranın Vaşinqtonun maraqlarına zərbə vurmaq üçün yeni yollar tapmaq və əstəklədiyi fraksiyaları İsrailin həmlələrindən qorumaq istəyindən irəli gəlir.

Fevralın 28-də Türkiyənin Suriya ordusuna (SO) və Əsəd tərəfdarı qüvvələrə qarşı hərbi kampaniyası zamanı çox sayda Livan “Hizbullah”ı üzvünün öldürülməsi İdlib böhranının Tehranın Ankara ilə münasibətlərinə necə təsir edəcəyi ilə bağlı vacib suallar doğurur. Suriyanın şimal-qərbindəki hadisələrin İran üçün çətin bir dilemma yaratdığını inkar edən yoxdur.

Türkiyə və İran Suriyada toqquşur

İslam Respublikası həm Suriya hökuməti üçün ümumi bir qələbə, həm də Tramp administrasiyasının “maksimum təzyiq” gündəliyinə qarşı çıxmaqda vacib bir qonşu və tərəfdaş, yəni İran və Türkiyə arasında nisbətən müsbət münasibətlərin davam etdirilməsini istəyir. Bununla birlikdə, İdlibdə hadisələrin necə getdiyindən asılı olaraq, ölkə rəhbərliyinin bu tarazlığı qoruması getdikcə çətinləşə bilər.

Tehranla siyasi gərginliyə baxmayaraq, Ankara uzun müddət İranla münasibətləri, ilk növbədə, iqtisadi səbəblərə görə saxlamağa çalışıb. Sanksiyaların İrana təzyiqi artdıqca, bir çox İran vətəndaşı Türkiyədə mülk almaqla, “B planı” seçimi tətbiq edib. Bənzər bir şəkildə, koronavirusun başlamazdan əvvəl hər il Türkiyəyə gələn minlərlə iranlı Türkiyənin turizm sənayesinə əhəmiyyətli töhfə verib.

Nəticədə, İranla ciddi gərginlik turizmin azalması və qonşularla ticarət baxımından qlobal pandemiyadan əziyyət çəkən Türkiyə iqtisadiyyatına asanlıqla zərər verə bilər.

Martın 1-də İranın Suriyadakı əməliyyatlarının koordinasiyasını həyata keçirən Hərbi Məsləhət Mərkəzi (HMM) Suriyada türk hərbçilərinin hücumlarına məruz qalıb. HMM Ankaranı İdlibdə “ağıllı” davranmağa və Suriya xalqının maraqlarına uyğun hərəkətlər etməyə çağıran bir bəyanat yayıb.

Bəyanatda Türkiyə terror təşkilatları kimi tanınan qruplar, o cümlədən “Nusra Cəbhəsi” və “Türküstan İslam Partiyası”nı dəstəklədiyi üçün qınanıb (SO M5 magistralını düşmənlərindən qorumaq üçün onu HMM-ə verib). Bundan əlavə, Ankaranın SO və müttəfiqlərini təcavüzkar şəkildə hədəfə alma yolunu davam etdirəcəyi təqdirdə, HMM İdlibdə Türkiyə ordusuna qarşı qisas almaq vasitəsi olduğunu xəbərdar edib. “Türk xalqının övladları döyüşçülərimizin hədəfidir… Ölkəni terrorçulardan azad etmək üçün Dəməşq qüvvələri və hökuməti ilə birlikdə olacağıq. Suriyanın ərazi bütövlüyünü dəstəklədiyimizi vurğulayırıq”.

İran prezidenti Həsən Ruhaninin vurğuladığı kimi, Suriya, Rusiya və Türkiyənin münaqişənin həlli üçün diplomatik səylərini davam etdirə bilməsi üçün İran Suriyada vətəndaş müharibəsinə son qoymağı hədəfləyən Astana Prosesini davam etdirməyə qərarlıdır. Həm Tehran, həm də Moskva Ankara ilə işləməyin vacib olduğunu, Türkiyənin Suriya ilə uzun sərhədə və Əsəd əleyhinə qruplarla əlaqələrinə görə Suriyadakı İranRusiya planlarına ləkə gətirə biləcəyini bilir.

Tehran üçün ciddi narahatlıq İdlibdəki son hadisələr hesabına ABŞ-ı, digər NATO müttəfiqləri və İsraillin Ankaranı Astana Prosesindən uzaqlaşdırmasıdır. Fevralın 27-də Rusiya tərəfindən dəstəklənən SO ilə Türkiyə hərbçiləri arasında baş verən qarşıdurmalar prosesin dağılma ərəfəsində olduğunu vurğulayıb.

Bu vaxt Tramp rəhbərliyi “Patriot” raketlərinin Türkiyəyə satılması ilə bağlı müzakirələr aparıb. Təəssüf ki, son hadisələrdən əvvəl Ankara Moskvadan “S-400hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı Vaşinqtonla fikir ayrılığında idi.

Rusiyanın İran-Türkiyə münasibətlərində rolu

İdlibdəki vəziyyət İranın Rusiya ilə tərəfdaşlığına təsir edəcək. Keçən il SO və müttəfiqləri əraziləri anti-Əsəd qruplarından geri alarkən, Tehran və Moskvanın “münaqişə sonrası Suriya”da toqquşan maraqlarını necə uzlaşdıracağına dair getdikcə daha çox sual yaranıb.

Fevral ayında və bu ayın əvvəlində İran rəsmiləri Ankaranın “Sülh qalxanı” əməliyyatından kifayət qədər müdafiə edə bilmədiyi üçün Kremldən məyus olublar. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçi-2 olaraq bilinən 5 Mart müqaviləsi ilə Moskva Ankara və Şamın İdlibdəki mövqeyində “əyləc” rolunu nümayiş etdirib, beləliklə, İranın Rusiya ilə tərəfdaşlığa ümidi azca bərpa olunub.

Türk təhlükəsizlik mütəxəssisi Metin Gürcan Soçi-2 görüşündə Rusiya və Türkiyə hökumətlərinin İdlibdəki mürəkkəb böhranın daimi həlli əvəzinə mübarizədə fasilə yaratdığını iddia edir. Döyüşlərin yenidən başlayacağı təqdirdə, Ankara, Şam, Moskva və Tehran üçün böyük dilemmalar yaranacaq. Belə bir şəraitdə Suriyanın İranRusiya arasında necə mövqe tutmaq niyyətində olduğunu təxmin etmək çətin olacaq.

Əsəd hökuməti müttəfiqlər arasında “kukla” halına gəlməmək üçün daim İranRusiyanı tarazlaşdırmağa çalışdığından İdlibdə döyüşə qayıdış Suriya rejimini İrana yaxınlaşdıra bilər. Moskva da SO, İranın dəstəklədiyi “Fatemiyun” briqadası və “Hizbullah” kimi qruplara hücumlarını dayandırması üçün təzyiq göstərməyə qabildir.

Aqibət

Fevral ayında İdlibdə baş verən Suriya-Türkiyə qarşıdurmalarında Tehran “narahatlıq” ifadələri işlətməklə, təmkin nümayiş etdirib. Buna baxmayaraq, Türkiyənin Suriyadakı İran maraqlarına mane olmağa qayıdacağı təqdirdə, İranın gələcəkdə strateji maraqlarını qorumaq üçün əlavə tədbirlər görməyəcəyini təsəvvür etmək çətin olacaq.

Tehran Türkiyənin Suriyanın şimalındakı əvvəlki hərbi kampaniyalarına – 2019-cu ildə “Sülh baharı” və 2018-ci ildə “Zeytun budağı” əməliyyatlarına qarşı çıxdığı kimi, – Ankaranın İdlibdəki son əməliyyatlarını pisləyib. İran rəhbərliyi bütün aktyorlardan, xüsusən də Türkiyədən İdlibdə maraqlarının tanınmasını və onlara hörmət edilməsini istəyir.

O, rejimin qazanclarının maksimuma çatmasını və SO ilə mübarizəni davam etdirən istənilən qrupun ləğvini görmək istəsə də, türklər İdlibdə Əsəd əleyhinə olan qüvvələrə dəstək verməklə, Dəməşqin asan hərbi qələbəsini əngəllədir, Suriya üsyanına yeni nəfəs bəxş etmə bacarığını nümayiş etdiriblər.

Soçi-2 sazişinin nə qədər davam edəcəyi bilinmir və atəşkəs bitərsə, daha çox qan tökülərsə, Tehran və Ankaranın Əsəd hökumətinin nəzarəti gücləndirmək istədiyi təqdirdə, Suriyada “son döyüş”ün aqibəti hələ də müəmmalıdır. Amma İdlibdən Türkiyə sərhədinə qaçqınların hərəkəti Ankara baxımından fəlakətdir.

İdlibdə 2020-ci ildə baş verən hadisələr İran və Türkiyəni son dərəcə çətin vəziyyətə salıb. Bir tərəfdən, Türkiyə müharibə qənimətlərini toplayarkən, Suriyada çox miqdarda qan və pul xərclədikdən sonra İslam Respublikası əllərini yana qoya bilməz. Digər tərəfdən, Tehran Qərbi Asiyadakı qonşusuna və dostuna qarşı çıxmaq istəmir. Suriyanın şimal-qərbində İran böyük bir problemlə üzləşir ki, bu da Tehrandakı rəsmi şəxslərdən İslam Respublikası üçün çox təhlükəli vəziyyətdə ehtiyatlı davranış tələb edir.

İran və Türkiyə arasındakı münasibətlər baxımından, hər iki ölkə maraqlarının üst-üstə düşdüyü bir çox sahədə əməkdaşlığı davam etdirməkdə maraqlı olsa da, İdlibdəki böhranın siyasi həllinin yoxluğu 2020-ci ildə ikitərəfli münasibətlərdə böyük stress yaradır.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabahdan Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - Operativ Qərargah

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qərar verildi

Rus həkimləri şokdadır - Xəstələr gecə yatıb ayılmırlar 

Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında evdən çıxacaq şəxslərin siyahısı

Koronavirusdan sonrakı dünya çoxmu dəyişəcək?

SMS sistemi ilə evdən çıxmağın təfərrüatı açıqlanıb - Video

Paytaxtda hərəkət edən avtomobillər 100 manat cərimələnir?

Küçəyə bu nömrəyə SMS yazmaqla çıxacağıq - Qaydalar

8103-ə yanlış SMS göndərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

loading...

Ən çox oxunanalar