Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqasının bərpa vaxtı uzadılıb

Azərbaycan Premyer Liqası və I divizionunda yaranan fasilənin müddəti uzadılıb...

Bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Bu addım dünyada geniş yayılmış koronavirus pandemiyasına səbəbindən atılıb. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli işlər görülür. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq edilən xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub.

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutan PFL öncə 2 turu təxirə salınan Premyer Liqa və 1 turu oynanılmaması qərarlaşdırılan I divizionun bərpasını aprelin 14-dək uzadıb. Bu isə o deməkdir ki, Azərbaycan çempionatının 4, I divizionunun 3 turu nəzərdə tutulan vaxtda olmayacaq.

Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və yarışların bərpa tarixini açıqlayacaq.

UEFA bir gün öncə keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti tur aprelin 4-5-də keçirilməli idi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar