Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik “DOST” İş Mərkəzlərində çalışanların ünvanlarını niyə gizlədir?  

“DOST” İş Mərkəzlərində çalışanların siyahısında vətəndaşların ad və soyadlarından başqa heç bir şey olmur. Bu isə həmin vətəndaşların doğrudan təsbit olunmasına əngəl yaratdığı kimi, məmurların da asanlıqla büdcə vəsaitlərinin mənimsəmələrinə şərait yaradır.

Siyasi-şərhçi: “Ölkədə çox ciddi siyasi, iqtisadi, eyni zamanda sosial islahatlar aparmaq lazımdır”

Hər şeydən əvvəl bütün sahələrdə maksimum şəffaflıq təmin olunmalıdır. Qeyd edilən sahədə şəffaflığın tam təmin olunmaması ölkədə olan çox ciddi nöqsanlardan biridir”.

Bu sözləri siyasi-şərhçi Azər Rəşidoğlu ölkədə neqativ halların prezident tərəfindən dilə gətirilməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bildirib ki: “Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız.”

Eyni zamanda prezident işsiz əhali üçün dövlətin yaratdığı şəraitdən bəzi vəzifəli şəxslərin sui-istifadə etdiyini bildirib.

“Bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq,” prezident qeyd edib.

Yüksək çinli məmurkarın yqratdıqları bu acınacaqlı hal artıq bir neçə dəfə prezident səviyyəsində dilə gətirilib və görülən tədbirlərin daha da gücləndirəcəyi bildirilib. Bəs ölkədə artıq kök salmış bu halların qarşısını almaq mümkün olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Azər Rəşidoğlu ilə müzakirə edib.

Azər Rəşidoğlu: “Əgər dərin islahatlar həyata keçməsə, prezidentin hansısa sərəncamı ilə və hansısa məmurun danlanması ilə heç nəyə nail olmaq mümkün olunmayacaq”.

Ölkədə vəziyyətin dözülməz və problemlərin olduqca çox olduğunu vurğulayan siyasi-şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, həmin problemlər hansısa məmurun əvəzlənməsi, hansısa məmurun həbs olunması ilə həll oluna bilməz:

“Ölkədə çox ciddi siyasi, iqtisadi, eyni zamanda sosial islahatlar aparmaq lazımdır. Əgər dərin islahatlar həyata keçməsə, prezidentin hansısa sərəncamı ilə və hansısa məmurun danlanması ilə heç nəyə nail olmaq olunmayacaq.

Ölkədə vəziyyət dözülməzdir və problemlər olduqca çoxdur. Həmin problemlər hansısa məmurun əvəzlənməsi, hansısa məmurun həbs olunması ilə həll oluna bilməz.

Buna görə də ölkədə çox ciddi islahatlar paketi həyata keçirilməlidir. Bütün bunlar baş verməyəcəksə, heç bir irəliləyişdən, müsbət dəyişikliklərdən danışmağa belə dəyməz”.

Eyni zamanda Azər Rəşidoğlu “DOST” İş Mərkəzlərində çalışanların işə düzələn vətəndaşların ünvanlarının Nazirlik tərəfindən gizli saxlanılması səbəblərini də PİA.az-a şərh edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonlarda “DOST” İş Mərkəzlərində çalışanların işə qəbul edilən vətəndaşların siyahısını dərc edir. Lakin həmin siyahıda vətəndaşların ad və soyadlarından başqa heç bir şey olmur. “DOST” İş Mərkəzlərində işə düzələn vətəndaşların ünvanları faktiki olaraq Nazirlik tərəfindən gizli saxlanılır və bu da həmin vətəndaşların doğrudan təsbit olunmasına əngəl yaradır.

Məmurlar, əsasən də icra başçıları bu yolla istədikləri adamları, bəzən isə ehtiyacı olmayan adamları “DOST” İş Mərkəzlərində işə qəbul edir və onların kartlarını ələ keçirirlər. PİA.az-ın əldə etdiyi məlumata görə bütün rayonların siyahısında eyni vəxiyyət hökm sürür və hər bir rayonda icra başçılarının nəzarət etdiyi təqribən 40-50% saxta “işçilər” var. Bu isə o deməkdir ki, dövlətin sosial layihəsi olan “DOST” İş Mərkəzlərinə ayrılan pulların təqribən yarısı mənimsənilir.

Azər Rəşidoğlu: “Mən hesab edirəm ki, yeni təşkil edilmiş parlamentdə qanunverici təşəbbüslə çıxış etmək mümkün olmayacaq. Çünki bundan əvvəlki parlamentdə çoxluğa sahib olanlar yenə də parlamentdə əsas qüvvədir”.

Nazirliyin bu addımını qeyri şəffaf və məmurlara korrupsiya üçün açılan qapı kimi dəyərləndirmək olarmı, sualına cavab olaraq Azər Rəşidoğlu bildirib ki, ölkədə bu kimi halların, xüsusən ehtiyacı olqn insanlar üçün nəzərdə tutulan sosial layihələrin mənimsənilməsinin qarşısını almaq məqsədi ilə çox ciddi islahatlar həyata keçirmək lazımdır. Hər şeydən əvvəl bütün sahəıərdə maksimum şəffaflıq təmin olunmalıdır. Qeyd edilən sahədə şəffaflığın tam təmin olunmaması ölkədə olan çox ciddi nöqsanlardan biridir. Ölkədə bu tip nöqsanlar çoxdur:

“Mən ona görə dedim ki, ölkədə çox ciddi islahatlar həyata keçirmək lazımdır. Hər şeydən əvvəl bütün sahəıərdə maksimum şəffaflıq təmin olunmalıdır. Qeyd edilən sahədə şəffaflığın tam təmin olunmaması ölkədə olan çox ciddi nöqsanlardan biridir. Ölkədə bu tip nöqsanlar çoxdur. Buna görə də ciddi müzakirələrdən sonra ciddi islahatlar həyata keçirmək lazımdır.

Mən hesab edirəm ki, yeni təşkil edilmiş parlamentdə qanunverici təşəbbüslə çıxış etmək mümkün olmayacaq. Çünki bundan əvvəlki parlamentdə çoxluğa sahib olanlar yenə də parlamentdə əsas qüvvədir və bu çoxluğun bir nümayəndəsi parlamentin rəhbəridir.

Eyni zamanda da parlamentin rəhbərliyində təmsil olunan bütün kəslər son çoxluğun nümayəndələridir. Buna görə də ölkədə hansısa ciddi islahatların aparılacağını da gözləmirəm”.

Nərminə UMUDLU
pia.az

 


Etiket: DOST


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar