Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Manat getdikcə ucuzlaşacaq” - İqtisadçı ekspert

Neftin qiyməti 1 il belə olarsa, manatın məzənnəsini saxlamaq olarmı?”...

“Deyə bilərlər ki, neftin qiyməti 29 dollardır, amma heç bir dəyişiklik yoxdur. Burada söhbət bir və ya bir neçə gündən getmir. Burada neftin qiymətinin uzunmüddətli aşağı səviyyədə olmasından gedir. Tutaq ki, neftin qiyməti 1 il belə olarsa, manatın məzənnəsini saxlamaq olarmı?”

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.

“Hökumət manatın məzənnəsinin aşağı düşməsində maraqlı deyil, valyuta ehtiyatlarının müəyyən bir hissəsini xərcləmək yolu ilə olsa da, manatın məzənnəsini saxlamağı düşünür. Amma nə qədər gözləyəcək? Əsas sual budur. 2015-ci ildə Mərkəzi Bank 1 ilə 11 milyard itirdi. Bu dəfə itki olacaqsa, daha az olacaq. Amma hər bir halda neftin qiyməti 40 dollardan aşağı düşürsə, mənfi nəticələrə gətirib çıxara bilər. Yəqin ki, hökumət gözləyir. Düşünmürəm, neftin qiyməti uzun müddət bu səviyyədə qala bilər, yəni artacağı gözlənilir. Amma qiymətin 60 dollar olacağını da gözləmirəm. Manatı ucuzlaşdırmaq hökumətə sərf etmir. Amma gələcəkdə manat vəziyyətdən asılı olaraq getdikcə ucuzlaşacaq” – S.Əliyev qeyd edib. (Pravda.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar